“Bəzən oyunu şərh etmək üçün insan çətinlik çəkir. İlk dəqiqələrdə qol buraxsaq da, tez toparlandıq. Qol epizodlarımız, dirəyə dəyən topumuz oldu. Qələbə qazanmaq istəyirdik. Oyundan çox razıyam. Komandam son 3 turdur yaxşı oynayır. 90 dəqiqə ərzində yol verdiyimiz bəzi kobud epizodları aradan qaldırsaq, daha da yaxşı olacaq”.
Qol.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 21-ci turunda “Qəbələ” ilə oyundan (2:2) sonra deyib. Xal itkisinə baxmayaraq, Sadıqov görüşdən sonra komandasını təbrik etdiyini bildirib: “Komandamı təbrik etdim. Etməsəm, ədalətsizlik olardı”.
Mütəxəssis qələbə qazanmaq üçün hansı komponentlərin çatışmaması barədə sualı belə cavablandırıb: “Hər bir komandanın heyətində yaxşı futbolçular olur. Komponentlər üzərində bəzi məqamları artırmalıyıq. Son oyunlarda qələbə qazana bilərdik. Bəzi məqamlar çatışmırdı. Bu gün penaltidən yararlana bilmədik. Qırılma hadisələri çox baş verir. Daha çox qol vura bilərik, daha çox qələbə qazana bilərik. Mən “Qarabağ”da oynayanda da belə hadisələr çox olurdu. Qurban müəllimin məşqçiliyi mənim üçün kitabdır. Məşqçi karyeramı onun məşqçilik karyerasına bənzədirəm. Komandam düzgün yoldadır. Sadəcə inkişaf etmək lazımdır”.
“Zirə”nin çalışdırıcısı hakimlərin idarəçiliyindən narazı qalmayıb: “Bu oyunda ciddi, qaranlıq qalan epizod olmadı. Hakimlər görüşü çox yaxşı idarə etdilər. Bu, futboldur. Hakimlərdə də, VAR-da da, elə bizim özümüzdə də səhvlər ola bilər”.
R.Sadıqov Hacıağa Hacılının əvəzlənməsinə belə aydınlıq gətirib: “Hacı elə futbolçudur ki, ona xəbərdarlıq edirəm ki, sarı vərəqə alırsansa, əvəzlənəcəksən. İkinci hissə üstünlük bizim tərəfimizdə idi. Onu ona görə əvəzlədim ki, üstünlüyü qoruyub saxlaya bilək. “Qəbələ” də yaxşı çıxış etdi. Elmar müəllim mübariz komanda formalaşdırıb”.
Baş məşqçi sonda Təmkin Xəlilzadənin qış fasiləsində oyununa görə deyil, futboldan kənar amillərə görə komandadan göndərilməsi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edib: “Təmkin Xəlilzadə ilə bağlı olan məsələ futboldan kənar deyil idi. Ona karyerasında uğurlar arzu edirəm”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi