“Düşünürəm ki, maraqlı və intensiv oyun alındı. Hər iki komanda qələbəyə layiq idi. Təxmin edirdik ki, ağır oyun olacaq. Matça 2 gün qalmış Məqsəd İsayev və İsnik Aliminin səhhətində problemlər var idi. Komandama təşəkkür edirəm. Əzmkarlıq göstərdilər. Layiqli xal qazandıq”.
Qol.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 21-ci turunda “Zirə” ilə heç-heçə (2:2) etdikləri oyun haqda (2:2) danışarkən deyib.
Elmar Baxşıyev komandasının üzvü Rövlan Muradovun kobud futbol sərgiləməsinə belə münasibət bildirib: “Kobudluq yox idi. Futbol mübarizəni sevir. Futbolçularım mübarizədən çəkinmirdilər”.
“Qəbələ”nin üzvü İsnik Alimi əvəzlənərkən ehtiyat oyunçular skamyasına deyil, birbaşa paltardəyişmə otağına yollanıb. Baş məşqçi həmin məsələyə bu cür aydınlıq gətirib: “Oyunçularım məndən küsə bilməzlər. Mən onların hörmətini saxlayıram, onlar da mənim. Səhhətində problem var idi deyə İsnik Alimiyə bildirdim ki, birbaşa paltardəyişmə otağına yollansın”.
"İmişli"dən "Şəfa"ya
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər