Medianın İnkişafı Agentliyinin layihəsi
İkinci hissə
(Söhbətin əvvəli burada)
“Qəbələ” İdman Klubu deyəndə oxucuların, idman həvəskarlarının ağlına daha çox onun futbol komandası gəlir. Amm təbii ki, “Qəbələ” İdman Klubu yalnız FK-dan ibarət deyil.
“Qəbələ” 2000-ci illərin əvvəlindən fəaliyyət göstərsə də, 10 il öncə onlar artıq futbol deyil, idman klubu kimi çalışır. Burada yetişən və bu idman klubunu təmsil edən idmançılar dəfələrlə beynəlxalq arenalarda ölkəmiz adına uğurlar qazanıblar, medalçılar sırasına düşməyi bacarıblar. Ona görə də məhz növbəti mövzumuz “Qəbələ” İdman Klubu ilə bağlı oldu.
Yeri gəlmişkən, bugünlərdə “Qəbələ” İK-nin 10 yaşı tamam oldu.
Mövzu ilə əlaqədar “Qəbələ” İdman Klubunun ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayevlə həmsöhbət olduq. S.Qarayevə “Qəbələ” İK-in yaranması, fəaliyyəti, gələcək planları, Azərbaycanda idmanın hazırkı durumu ilə əlaqədar bir neçə sual ünvanladıq.
- İdmanla məşğul olmaq yeniyetmə və gəncləri təhsildən yayındırmır ki?
- Müasir idman son onillikdə inkişaf edərək elə bir səviyyəyə çatıb ki, təhsillə paralel olmalıdır. Yəni, savadı, dünya görüşü olmayan idmançının nəticə verməsi çox çətindir. Bu, futbolda da, digər idman növlərində də belədir.
- Bu balansı necə qoruyursunuz?
- Biz uşaqları inandırırq ki, təhsildən yayınmaq olmaz. Nə qədər savadlı olsanız, dünya görüşünüz nə qədər çox olsa, nəticə verməyiniz də bir o qədər yaxşı olar. Bizim məşqçilərimiz bu barədə valideynlərlə, təhsil şöbəsi ilə mütəmadi iş aparırlar.
- Yəqin ki, “Qəbələ” İdman Klubuna kişilərlə yanaşı, qadınlar da gəlirlər.
- Bəli. İdman bölmələrimizdə qadın idmançılar da var.
- Qadınların sayı kişilərdən azdır?
- Bəli. Amma az sayda olsa da, var.
- Bəs, sizcə, niyə Azərbaycanda qadın idmançıların sayı kişilərə nisbətdə azlıq təşkil edir?
- Yəqin ki, belə şeylər bizim mentalitetimizlə bağlıdır. Rayonlarda qadınların idmanla məşğul olması daha çətindir.
- Qadınlar “Qəbələ” İK-da hansı idman növləri ilə məşğul olurlar?
- Cüdo bölməmizdə bu idman növü ilə məşğul olan qızlar var.
- Onların arasınsa uğur qazanmış idmançıların adlarını çəkə bilərsinizmi?
- Onu deyə bilərəm ki, qadın idmançılarımızdan 2019-cu ildə Avropa Olimpiya Həftəsində Azərbaycanın yeganə medalını cüdo üzrə Gülşən Bəşirova qazandı. Hansı ki, o, idmana sıfırdan, bizim cüdo idman bölməmizdə başlayıb.
- Ümumiyyətlə, ölkədə idmana həvəsin artması, peşəkarların çoxalması üçün “Qəbələ” İK hansı işləri görüb?
- Bu sahədə gördüyümüz işlər yəqin ki, kənardan daha yaxşı sezilər. Ona görə də məncə, bu suala bizim cavab verməyimiz düzgün olmaz. İşlərimizə kənardan görənlər, sizlər - idman jurnalistləri, idman ictimaiyyəti qiymət versə, daha yaxşı olar. Biz öz işimizi planlaşdırdığımız kimi görürük, davam edirik. Gələcəkdə də ötən illərdə qarşımıza qoyduğumuz uzaq perspektivd olan hədəflərimizi reallaşdırmağı düşünürük. Bəlkə də Qəbələ rayonunda idmanın inkişafı baxımından bunların böyük bir hissəsinə nail olmuşuq. Yenə də eyni sürətlə, eyni planla işimizi davam etdirəcəyik.
- Səbuhi bəy, “Qəbələ” İK-da yetişən idmançılar bir yana, onları yetişdirən məşqçilərə qayğı necədir? Mütəxəssislər hansı təlimlərdən keçiblər?
- Bəlkə də bizim uğurumuzun bir hissəsi elə məşqçilərimizlə bağlıdır. 2013-cü ildə Bakıdan Qəbələyə apardığımız məşqçilər artıq 10 ildir ki, ailələri ilə birgə burada yaşayırlar. Hansı ki, həmin məşqçilərin bir neçəsi bizdən əvvəl də özünü təsdiq etmişdi. Biz qarşımıza əlimizdə, rayonumuzda olan kadrlardan istifadə etməyi yox, peşəkar məşqçilər gətirib məktəb qurmağı məqsəd qoymuşduq. Bu da öz bəhrəsini verdi. Bu gün Qəbələ rayonunda olan idman nəticələrinin daha tez, yaxşı olması da peşəkar məşqçilərin dəvət edilməsi sayəsindədir.
- Məşqçilərin inkişafı üçün hansı əməkdaşlıqlar qurulur? Xarici səfərlər təşkil olunurmu?
- Bunlarla federasiyalar məşğuldur. Onların kurslar keçməsi, xarici ölkələrə səfərlər etməsi federasiyalarla əlaqədar məsələlərdir.
- Ümumilikdə, idman qrupları üçün xarici ölkələrdə təlim-məşq toplanışları təşkil olunur?
- Koronavirus pandemiyasına görə sərhədlər bağlıdır. Amma pandemiyadan əvvəl idman qruplarımız mütəmadi olaraq yaxın ölkələrə - Rusiyaya, Gürcüstana göndərilirdilər. İdmançılarımız, məşqçilərimiz bir neçə dəfə klubumuzun hesabına qonşu ölkələrdə təlim-məşq toplanışı keçiblər.
- “Qəbələ” İK-nın yaxın gələcək üçün məqsədləri nədir?
- Məqsədlərimiz dəyişməz olaraq qalır. Qəbələdə, ümumən regionda idmanın kütləviləşməsinə nail olmaq istəyirik. Burada söhbət təkcə futboldan getmir. Yeniyetmə və gənclərin pis vərdişlərdən mümkün olduğu qədər kənar qalmasını təmin etmək istəyirik. Eyni zamanda bayaq da qeyd etdiyim kimi, əsas məqsədimiz gənc, perspektivli uşaqları tapıb, yerişdirib, milli komanda səviyyəsinə çatdırmaqdır.
- Səbuhi bəy, “Qəbələ” İdman klubundan bir xeyli danışdıq. Bəs, ümumilikdə ölkədə hazırkı duruma görə idmanın səviyyəsini necə qiymətləndirirsiniz?
- Siz də qəbul edərsiniz ki, bütün dünya ölkələri arasında Azərbaycan uzun illərdir idman ölkəsi kimi tanınır, qəbul olunur. Hazırda da Azərbaycanda idmanın inkişafını müşahidə edirik.
- Sizcə, Azərbaycanı təmsil edən idmançılar, qurumlar uğur qazanmaq üçün bütün bacarıqlarını ortaya qoyurlar?
- Hesab edirəm ki, bizi təmsil edən idmançılar ölkə xaricində olan yarışlarda bütün bacarıqlarını ortaya qoyurlar. Bunun üçün əllərindən gələni edirlər. Təmsilçilərimiz bütün yarışlarda öz sözünü deməyə çalışırlar.
- Son Olimpiya Oyunlarında medal sayı çox olsa da, əyarı o qədər də ürəkaçan deyildi. Gələcəkdə qızıl medalların artması üçün nə etmək olar? Hansı proqram qurulmalıdır?
- Bütün yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında qızıl medalların çoxunu biz qazanmalıyıq deyə bir şey yoxdur. Bu, idmandır. Burada eniş də var, yoxuş da. Bütün dünya ölkələrində belədir. Nəticələr bir il yaxşı olur, bir il yaxşı olmur. Bir neçə il hansısa idman növündə nəticə qazanılmaması o demək deyil ki, idmana diqqət azalıb. Bunun səbəbləri çox ola bilər.
- Ölkə idmanında ümumi problemlər nələrdir? Və “Qəbələ” İK bu problemləri aradan qaldırmaq üçün nə edir?
- Mən əsas “Qəbələ” İdman Klubu ilə bağlı nəsə danışa bilərəm. Biz Qəbələdə idmanın inkişafı üçün əlimizdən gələni edirik. Ümumilikdə isə regionlarda idmana nə qədər çox diqqət ayrılsa, peşəkar məşqçilərin sayı nə qədər çox olsa, idman daha sürətlə inkişaf edər.
- Qarşıdan növbəti Olimpiya Oyunları gəlir. Hazırda “Qəbələ” İK-da bizə Olimpiya Oyunlarlnda medallar qazandıra biləcək idmançılar yetişirmi?
- Bəli. Taekvandoçumuz Cavad Ağayevin şansları cox böyükdür.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər