Peşəkar Futbol Liqası "Zəfər turu" çərçivəsində keçiriləcək "Qarabağ – "Neftçi" qarşılaşması öncəsi bu komandaların baş məşqçiləri ilə bağlı statistika təqdim edib.
QOL.az xəbər verir ki, derbidə ilk baş məşqçilər Əhməd Ələsgərov (“Neftçi”) və Nazim Mehrəliyev (“Qarabağ”) olub.
Ümumilikdə derbilərdə 33 baş məşqçi olub.
“Neftçi” “Qarabağ”la matçlara 26 baş məşqçi ilə çıxıb.
“Qarabağ” “Neftçi” ilə oyunlara 11 baş məşqçi ilə çıxıb.
Dörd baş məşqçi derbidə hər iki komandaya rəhbərlik edib: Qurban Qurbanov, Elxan Abdullayev, Ağasəlim Mircavadov, Böyükağa Ağayev.
Qurban Qurbanov hamıdan çox – 67 derbidə baş məşqçi olub.
Qurban Qurbanov “Qarabağ”la hamıdan çox – 65 derbiyə çıxıb.
Kazbek Tuayev “Neftçi”ni hamıdan çox – 11 derbiyə çıxarıb.
İki baş məşqçi – Qurban Qurbanovla Ağasəlim Mircavadov hər iki komanda ilə derbi qələbəsi qazanıb.
Qurban Qurbanov derbilərdə hamıdan çox - 38 qələbəyə sevinib.
Qurban Qurbanov “Qarabağ”la hamıdan çox – 37 qələbə qazanıb.
Kazbek Tuayev və Böyükağa Hacıyev “Neftçi” ilə hamıdan çox – 4 qələbə qazanıb.
Derbidə ən çox rəqib olan baş məşqçilər Qurban Qurbanovla Arif Əsədov, həmçinin Qurban Qurbanovla Böyükağa Hacıyev arasında 10 duel baş tutub.
Qurban Qurbanovla Samir Abasovun qarşıdakı dueli də derbilərdə 10-cu olacaq. Bununla da rekord yenidən təkrarlanacaq.
Qurba Qurbanovla Samir Abasovun baş məşqçisi olduğu komandalar bütün klublar və turnirlər nəzərə alınmaqla 40 dəfə qarşılaşıb. Bu oyunların 34-ü çempionat, 6-sı kuboka təsadüf edib.
Qurban Qurbanovla Böyükağa Ağayev derbilərdə fərqli komandalarla üz-üzə gələn yeganə cütlükdür. 2006/07 mövsümündə Qurbanov “Neftçi”də, Ağayev “Qarabağ”da olub. 2008/09 mövsümündə isə Ağayev “Neftçi”də, Qurbanov “Qarabağ”da olub. İlk görüş 0:0 bitibsə, ikincidə Ağdam klubu qalib gəlib – 1:0.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı