İtaliya klubu “Atalanta”da sabitlik yenə pozulub.
QOL.az xəbər verir ki, bu dəfə komandanın hücumçusu Ademola Lukman gündəmə gəlib. Nigeriyalı futbolçu Çempionlar Liqasında “Marsel”lə oyun zamanı (0:0) baş məşqçi İvan Yuriçlə açıq şəkildə mübahisə edib. Buna səbəb 74-cü dəqiqədə Yuriçin Lukmanı əvəz etmək qərarı olub. Futbolçu bu qərardan narazılığını gizlətməyib və meydandan çıxarkən baş məşqçiyə etirazını bildirib. Yuriç isə futbolçuya sərt şəkildə cavab verib. Məlumata görə, məşqçilər korpusunun müdaxiləsi olmasa, vəziyyət daha da gərginləşə bilərdi.
Matçdan sonra Yuriç mətbuata qısa açıqlamasında bunun sadəcə emosianal davranış olduğunu vurğulayıb. Lakin telekadrlar mübahisənin göründüyündən daha ciddi olduğunu göstərir.
İtaliya mətbuatının məlumatına görə, bu gərginliyin kökləri yay transfer pəncərəsinə gedib çıxır. Həmin dövrdə Lukman “Atalanta”dan ayrılmaq istəyib və bir neçə gün məşqlərə qatılmayıb. Futbolçu ilə “İnter” maraqlanırdı, lakin klub onun transfer dəyərini azaltmaqdan imtina etdiyi üçün keçid baş tutmayıb. Lukman daha sonra komandaya qayıdıb, son səkkiz oyunun yeddisində start heyətdə yer alıb və “Milan”ın qapısına qol vurub. Amma “Marsel”lə oyundakı hadisə futbolçu ilə baş məşqçi arasındakı münasibətlərin hələ də tam bərpa olunmadığını göstərir.
Qeyd edək ki, gələn həftə “Atalanta” “Sassuolo” ilə qarşılaşacaq. Bu fonda Lukmanın start heyətində olub-olmaması sual altına düşüb.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı