"Qarabağ" zədəli oyunçusunun durumunu açıqladı

"Qarabağ" zədəli oyunçusunun durumunu açıqladı
ÖLKƏ FUTBOLU 17 Yanvar 2023 / 11:55 3689
-  A +

"Qarabağ"ın zədələnən futbolçusu Abbas Hüseynovun ilkin durumu müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, dizindən ağır zədə alan 27 yaşlı müdafiəçi ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq. Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bununla əlaqədar Qol.az-a açıqlamasında deyib:

Həmçinin oxuyun: Şahruddinin qolu sındı

"Onun yekun durumu təkrar müayinədən sonra qətiləşəcək. İndidən demək olar ki, o, 6 ay da oynamaya bilər. Mövsüm onun üçün indidən bitib".

Xatırladaq ki, A.Hüseynov "Qarabağ"ın Antalyadakı təlim-məşq toplanışı zamanı zədə alıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner