Şahruddinin qolu sındı

Şahruddinin qolu sındı
ÖLKƏ FUTBOLU 16 Yanvar 2023 / 21:05 7202
-  A +

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb.

Qol.az xəbər verir ki, bu, komandanın Antalyadakı təlim-məşq prosesi zamanı baş verib. 28 yaşlı qolkiper 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bu məlumatı Qol.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə də təsdiqləyib. 

Bu da o deməkdir ki, Şahruddin Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə oyunları buraxacaq. 

Xatırladaq ki, "Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın futbolçularından Abbas Hüseynov Antalyadakı təlim-məşq toplanışı zamanı zədələnib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner