“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubdakı 14 illik fəaliyyəti barədə danışıb.
O, Qol.az saytına verdiyi geniş müsahibədə Ağdam təmsilçisinə gəldiyi ilk gündən sonrakı fəaliyyətinə toxunub. Q.Qurbanov deyib:
Həmçinin oxuyun: Qurban Qurbanov: "Mən oradan incik ayrılmışam..."
“O vaxt (2008-ci il - red.) çempionatımızın səviyyəsi çox yaxşı idi. 4-5, bəlkə də 7 il yerli liqamız yaxşı bir səviyyədə oldu. Klublar çox bərk, imkanlı idilər Bunu qoruyub-saxlaya bilmədik. Ümumiyyətlə, mən öz-özlüyümdə fikirləşsəydim ki, Qurban Qurbanov olaraq "Qarabağ"a gələndə Çempionlar Liqasının qrupunda oynayacağam, davamlı çempion olacağıq, daim Avropa Liqasının, Konfrans Liqasının qrupunda mübarizə aparacağıq, pley-offa çıxacağıq, mənim üçün reallıq olmazdı. Amma get-gedə işləyə-işləyə, addım-addım irəlilədik. Allaha şükürlər olsun, sonda belə uğurlar oldu”.
Q.Qurbanov bildirib ki, bir azərbaycanlı kimi qazandığı nəticələrdən, klubun qurduğu iş prinsipindən razıdır: “Həqiqətən də bu nəticələrə çatmaq arzu kimi idi. Hətta mən həmişə deyirəm ki, "Qarabağ"da 2-3-cü illərim idi, yerli çempionatda yaxşı bir oyun oynamışdıq, qalib gəlmişdik. Ağdamdan olan bir azarkeş vardı. Birbaşa meydançaya daxil olmuşdu. Təsəvvür edin, hətta deyirdi ki, Qurban müəllim, xahiş edirəm, bircə dəfə çempion olun, başqa heç nə istəmirik. Bu, mənim üçün çox təsiredici bir məqam idi. Biz çempion olduq, sonra yenə çempion olduq, ard-arda qruplara düşdük. Mən nəyi deyirəm? Bəlkə də fikirləşsəydim ki, mənim karyeramda 5 ildə 2 dəfə çempion olsam, 2 dəfə avrokubokların qrup mərhələsində oynasam, onsuz da bu, uğurlu nəticə sayılardı. Amma Allah elə etdi ki, davamlı olaraq çempionluq qazandıq, qrup mərhələlərində oynadıq, Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardıq. O böyük klubların Azərbaycana gəlməsi, o təcrübə, Azərbaycanın azarkeşlərinin bu komandaları, böyük futbolun nə olduğunu görməsi mənim üçün çox böyük bir uğurdur. O gün də ilin məşqçisi seçiləndə sual verdilər ki, bəs, nəyə çatmısınız, nəyi istərdiniz, hansı arzunuz var? Mən də söylədim ki, bu gün arzuma çatmışam. Çox istəyirdim ki, mən bu komandada olanda Qarabağ işğaldan azad edilsin. Bu arzuma da çatmışam. Allaha şükürlər olsun. Bundan sonra Çempionlar Liqasının qalibi olsam belə, bu uğur heç vaxt həmin arzumu üstələyə bilməzdi”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər