“Uşaq vaxtı futbol məşqlərinə gedirdim. Lakin “lipa”lara (süni yaşazaltma) görə futboldan uzaqlaşmaq qərarına gəldim. Sanki iyrəndirmişdilər”.
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin sabiq futzalçısı Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.
Həmçinin oxuyun: "Cavan futbolçu Azərbaycan çempionatında qalmağı düşünürsə, inkişaf etməyəcək"
“Korifeylərimiz” rubrikasının qonağı olan Borisov baş verənlərə görə bir müddət futboldan uzaqlaşdığını bildirib: “Təsəvvür edin, 14 yaşın var və meydana çıxanda görürsən ki, rəqibin heyətində sənəd üzərində sənin yaşıdın olan, amma bığlı-saqqallı kişilər yer alıb. Ən azı 3-4 yaş “lipa”larla qarşılaşmalı olurdun. Əlbəttə, fiziki baxımdan həmin yaşda onlarla mübarizə aparmaq mümkün deyildi. Sizə 1996-97-ci illərdən danışıram. Baxdım ki, vəziyyət düzələnə oxşamır, hansı yarışa gedirsən, turnirə qatılırsan, eyni mənzərədir. Buna görə də futboldan ayrıldım və dərslərimə diqqəti artırdım, ali təhsil almağı qətiləşdirdim”.
V.Borisov daha sonra futzala keçməsinin səbəbini də açıqlayıb: “Universitetə qəbul olana qədər məhəlləmizdə yaşıdlarımız komanda yaratmışdı və məni də ora dəvət etmişdilər. Həvəskarlar Liqasında başımızı qatırdıq. Orada oynaya-oynaya müdafiəçi Xəyyam Bəkirovla tanış oldum. O, həm də “Metropoliten”in məşqçisi idi. Onun vasitəsilə həmin komandaya keçdim. Bu kollektiv də Həvəskarlar Liqasında və müxtəlif turnirlərdə iştirak edirdi. Komanda yoldaşlarımdan Zaur Ramazanov, Baba Əsgərov (Babaş), Məmmədqulu Zeynalovun (Mamed) adını çəkə bilərəm ki, futzala gəlişim də onların sayəsində oldu. Babaşla Mamed sanki məni darta-darta futzala – “Anqlo Oil”ə apardılar. Baş məşqçi Elçin Rəhimov idi, oyunumu bəyəndi, qaldım və müqavilə imzaladım. Daha sonra komandanın adı dəyişdi, “Tribut” oldu. Ondan sonra futzalçı oldum”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar