Benzema millidəki karyerasını başa vurdu

Benzema millidəki karyerasını başa vurdu
DÜNYA FUTBOLU 19 Dekabr 2022 / 18:58 3311
-  A +

"Real"ın hücumçusu Kərim Benzema Fransa millisindəki karyerasını başa vurub .

Qol.az xəbər verir ki, bu barədə 35 yaşlı oyunçu özünün sosial şəbəkə hesabında yazıb: “Bugünkü şəxs olmaq üçün əlimdən gələni etdim və səhvlərim də oldu. Və mən bununla fəxr edirəm! Hekayəmi yazdım və ortaq hekayəmiz artıq sona çatır".

Xatırladaq ki, Benzema DÇ-2022-nin tartı ərəfəsində zədələnib və turnirdə iştirak edə bilməyib. Fransa yığması finalda Argentinaya uduzub.(3:3, penaltilər seriyası - 2:4)

Qeyd edək ki, Benzema 2007-ci ildən Fransa millisində çıxış edirdi. 2015-ci ildə hücumçu komanda yoldaşı Matye Valbuenanın şantaj qalmaqalına görə millinin oyunlarından uzaqlaşdırılmışdı. Ötən ilin mayında Benzema yenidən Fransa millisinə dəvət almışdı.

Bizi Teleqramda da izləyin...


Qarabağ FK
Son xəbərlər
22.09.26  09:20

Atasının yolu ilə

topaz banner