Çempionlar Liqasında ölkəmizi təmsil edəcək qadın voleybolçulardan ibarət “Turan” klubu hazırlıqla bağlı yenilikləri açıqlayıb.
Bu haqda QOL.az saytına klubdan məlumat daxil olub. Klubun Tovuzda keçiriləcək Çempionlar Liqası oyununa hazırlıq geniş mərhələdə davam edir. Tovuz Olimpiya Kompleksində həm texniki, həm də təşkilati istiqamətdə bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulur.
İnfrastruktur yenilənməsi son mərhələdədir. Tribunaların görünüşü və azarkeşlərin rahatlığı, arenanın müasirləşdirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Oyun günü yalnız qarşılaşmadan ibarət olmayacaq. Matçdan öncə xüsusi açılış proqramı keçiriləcək. Burada azarkeşləri və ictimaiyyəti bir sıra sürprizlər gözləyir. Zalda xüsusi işıq effektləri, yeni müasir tablolar və böyük monitorlar quraşdırılır.
Azarkeşlər üçün kompleksin ətrafında da oyun günü xüsusi aktivliklər keçiriləcək. Qonaq komandanın qarşılanması, yerləşdirilməsi, hərəkətinin təşkili və digər zəruri xidmətlər üçün xüsusi proqram hazırlanıb. Bu standartlar avrokubok oyunları ilə yanaşı Azərbaycan Super Liqasında da tətbiq olunacaq. Artıq heyətin qurulması tamamlanıb. Komanda hazırlığını Avropada davam etdirir və burda bir neçə yoldaşlıq oyunu nəzərdə tutulub.
Qeyd edək ki, “Turan” Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" kollektivi ilə qarşılaşacaq. İlk qarşılaşma oktyabrın 20-si Tovuzda keçiriləcək.
Bizi İnstaqramda izləmək üçün kliklə!
200-cü heç-heçə
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons
“Çempionatda ciddi güc fərqi yoxdur” - Filipe Kandido
Dünya çempionatına vəsiqə qazandıran məşqçi göndərildi
Milliyə kimlər çağırıldı?
"Sabah" - "Şamaxı": Heyətlər
“Qarabağ”da 100-cü oyun
Son 4 mövsümün antirekordu
"İmişli" - "Sumqayıt": Heyətlər açıqlandı