Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo "Real"a qayıtmaq istəyir.
Qo.az xarici KİV-lərə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu bunun üçün minimum maaş almağa da razıdır.
Xatırladaq ki, Ronaldo "Real"ın bazasında meydançaların birində məşq edir.
Qeyd edək ki, Ronaldo 2009-2018-ci illərdə Madrid təmsilçisində oynayıb. O, noyabrda "Mançester Yunayted"dən ayrılıb və hazırda azad agentdir.