Xorvatiya millisinin üzvü 4 illik futboldan uzaqlaşdırıldı

Xorvatiya millisinin üzvü 4 illik futboldan uzaqlaşdırıldı
DÜNYA FUTBOLU 16 Dekabr 2022 / 16:10 4573
-  A +

Almaniyanın “Hamburq” klubunun xorvatiyalı futbolçu Mario Vuşkoviç ağır cəzaya məruz qalıb.

Qol.az Xorvatiya mətbuatəna istinadən xəbər verir ki, FİFA 21 yaşlı mərkəz müdafiəçisini 4 il müddətinə diskvalifikasiya edib. Buna səbəb futbolçunun dopinqdən istifadə etməsidir. 

Xorvatiya U-21 millisinin üzvü qərarla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayt edəcəyini bildirib.

Qeyd edək ki, Mario Vuşkoviç "Hamburq"a bu 2021-ci ilin yayında "Hayduk"dan transfer olunub.


Son xəbərlər