"Çelsi" "Aston Villa"ya uduzdu

"Çelsi" "Aston Villa"ya uduzdu
DÜNYA FUTBOLU 11 Dekabr 2022 / 20:44 3563
-  A +

DÇ-2022 ilə əlaqədar yaranan fasilədən istinadə edən "Çelsi" yolxlama oyununda qüvvəsini sınayıb.

Qol.az xəbər verir ki, London klubu "Aston Villa" ilə qarşılaşıb. 

Birləşməiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki "Əl Nəhyan" stadionunda keçirilən görüş "Aston Villa"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Con Makginn vurub.

Qeyd edək ki, "Çelsi" İngiltərə Premyer Liqasında 14 oyundan sonra 21 xalla 8-cidir. "Aston Villa" 15 oyundan sonra 18 xalla 12-ci yerdədir. 


Son xəbərlər