"Danışılası çox şey yoxdur. Oyundan öncə hazırladığımız heç bir şeyi meydanda həyata keçirmədik. Bu cür matçlarda ürəklə oynamaq, mübarizə aparmaq, qaçmaq, lazımi anda foul etmək lazımdır. Bunları etməyəndə çətin olur. Nəticəyə görə üzülürəm, azarkeşlərin qarşısında çox utanıram. Tezliklə özümüzə qayıtmalıyıq. Vaxtımız yoxdur, çünki, qarşıda bizi kubok oyunu gözləyir. Çox çətin olacaq".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 16-cı turunda "Qarabağ"a uduzduqları oyundan (0:4) sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis məğlubiyyətə görə hər kəsin məyus olduğunu bildirib: "Bu məğlubiyyət məni çox şey haqda düşünməyə məcbur edir. İlk edəcəyim şey oyuna bir daha baxmaqdır. Sabah məşqimiz var. Oyundan sonra paltardəyişmə otağında danışdıq. Hamı məyusdur. Amma bu, kifayət etmir. Oyun ərzində "Qarabağ"la mübarizə aparmadıq".
"Qarabağ"la matçda "Neftçi"nin futbolçularından Azər Əliyev bu gün ona doğma olmayan cinahda oynayıb. Azər Salahlı isə bir sıra səhvlərə yol verib. Regekampf "Neftçi"nin cinahlarda olan problemi ilə bağlı bunu deyib: "Demişəm ki, mətbuat konfransında oyunçularım haqda danışmayacağam. Həftə ərzində hansı oyunçu özünü yaxşı göstərirsə, ona şans veririk. Azər Salahlı çox çətin dövrdən sonra qayıdıb. Milli komandanın oyunçusudur. Mənim üçün vacib olan amil odur ki, onu addım-addım qaytaraq. Çox çətindir. Yerli oyunçular hazır vəziyyətdə əlimizin altında deyildilər. "Qarabağ"la oyunda bu cür təcrübəyə malik futbolçular lazımdır. Ona görə də qərar verdik ki, hər iki cinahda Azərləri oynadaq".
Çalışdırıcı hücumçusu Qodsvey Donyonun etimadı doğrultmaması ilə bağlı sualı belə cavablandırb: "Mən bütün oyunçularımı müdafiə edəcəyəm. Bu barədə mənim nə isə danışmağım düzgün çıxmaz. Oyunçularla tez-tez çatışmayan amillərlə bağlı söhbətimiz olur. Qışda komandaya xeyir verməklə bağlı müzakirələr aparırıq. Xahiş edirəm, bizə bir az da vaxt verin. Düzgün məqam çatanda hər şey haqda məlumatınız olacaq.
Regekampf "Yeni transferlərə “Neftçi”nin necə klub olduğunu, hara gəldiklərini izah etmirsinizmi?" sualı ilə bağlı bu cür danışıb: "Demək olar ki, məndən eyni şeyləri soruşursunuz. Sizinlə komandanın ümumi imici haqda danışa bilərəm. Heç bir oyunçunu işarələməyəcəm. Mənim üçün vacib olan komandadır, futbolçu yox. Doğru deyirsiniz, ikinci qoldan sonra futbol oynamadıq. Oyuna ürəyimizi qoymalıyıq. Təcrübəli futbolçularımız var. Onlar vəziyyəti idarə etməlidirlər. Qarşıdakı günlərdə bu mövzu barədə danışacağıq. Oyunlarımız var. “Zirə”yə qarşı kubok matçı çox vacibdir. Bu gün soyuq duş qəbul etmiş olduq. Hamılıqla bunu düşünməli və sabahdan hazırlaşmalıyıq".
"Qarabağ"la görüşdən sonra "Neftçi"nin azarkeşləri komandanı tribunalar istiqamətinə çağırsa da, yalnız kapitan Emin Mahmudov onların yanına gedib. Daha sonra fanatlar komandanı təhqir edib. Emin Mahmudov həmin vaxt formasını çıxarıb. Regekampf bu durumla bağlı bildirib: "Azarkeşlərin belə oyundan sonra narazı olması normaldır. Təhqirlərlə razılaşa bilmərəm. Amma onlar haqlıdırlar. Bu gün oynadığımız oyunla deyilənlərə layiqik".
Mütəxəssis Azərbaycan kubokunun 1/4 finalında "Zirə" ilə keçirəcəkləri oyun barədə deyib: "Əminəm ki, futbolçular bu vəziyyətdə qalmayacaqlar. Matçdan sonra onları gördüm, hamısı daxildə əziyyət çəkir. Bu, soyuq duşdur. Hər birimiz güzgüdə özümüzə baxıb, təhlil etməliyik. Əminliklə deyirəm ki, "Zirə"yə qarşı tamamilə fərqli komanda görəcəksiniz".
Mahir oynadı, komandası qələbə qazandı
"Qalatasaray" qalib gəldi, "Trabzonspor" uduzdu
"Səbail"dən yeni transfer
"Sabah" Abdullanın icarə müddətini açıqladı
"Barselona" minimal hesabla qalib gəldi
Di Mariya: "Qızım ölə bilərdi"
Mourinyodan İngiltərədə işləyəcəyi haqda xəbərlərə münasibət
"Başakşehir"dən yeni transfer
Türkiyədə Hakimlər Komitəsinin sədri istefa verdi
Ukrayna FİFA və UEFA-dan bunu tələb etdi
Laval "Neftçi" ilə vidalaşdı
Neymar cinayət işinə görə izahat verəcək
"Neftçi"dən ayrıldı, Portuqaliya klubuna keçdi
Peres qəzəbləndi, Ançelottidən izahat istədi
Kişi şahmatçılar arasında Azərbaycan çempionu bilindi
Roysla danışıqlara başladılar
"Sabah" futbolçusunu Gürcüstan klubuna icarəyə verdi
"Hamı Messinin dünya çempionu olmasını istəyirdi"
Polşa – Azərbaycan oyununun məkanı bilindi
Rüstəm Orucov Qran Pridə iştirak etməyəcək
Xavi: "Qalib gəlməsək, fəlakət olacaq"
Gerye yenidən Azərbaycanda - Keçidi rəsmiləşdi
Trippyerdən yeni müqavilə
Millimizin üzvünün komandasından qələbə
Mourinyo "Çelsi"yə qayıtmaq istəyir
Əliyar Ağayev UEFA-nın top-hakimlər kursunda
"Mən ancaq futbolçu olmağı düşünmüşəm" - Kadi Borqes
Pep məşqçilik karyerasında ən çox "Arsenal"a qalib gəlib
"Mançester Siti" növbəti mərhələdə
Seneqal və Əlcəzair 1/4 finalda
Türkiyə klubunda baş məşqçi istefası
"Kəpəz" daha bir futbolçu ilə yolları ayırdı
Gerye Bakıda - Şəkil
Kimlər gəlir, kimlər gedir? - Yenilənir
"Beşiktaş" böyük hesabla qalib gəldi
FİFA Ximenez, Muslera, Kavani və Qodini cəzalandırdı
"Borussiya"dan yeni transfer
"Mançester Yunayted"i bu milyarder alır
PSJ onunla razılaşdı
"Barselona" bunu bacarmasa, fəlakət olacaq"
"Qarabağ" kimi komandaya qoşulduğum üçün xoşbəxtəm"
"Barselona"da yeni müqavilə
"Traktor"dan qələbə
Ronaldoya qiymətli hədiyyə
Messi, Mbappe, Benzema...
"Zirə"nin yeni transferi "Dinamo" Kiyevdən niyə ayrılıb?