"Danışılası çox şey yoxdur. Oyundan öncə hazırladığımız heç bir şeyi meydanda həyata keçirmədik. Bu cür matçlarda ürəklə oynamaq, mübarizə aparmaq, qaçmaq, lazımi anda foul etmək lazımdır. Bunları etməyəndə çətin olur. Nəticəyə görə üzülürəm, azarkeşlərin qarşısında çox utanıram. Tezliklə özümüzə qayıtmalıyıq. Vaxtımız yoxdur, çünki, qarşıda bizi kubok oyunu gözləyir. Çox çətin olacaq".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 16-cı turunda "Qarabağ"a uduzduqları oyundan (0:4) sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis məğlubiyyətə görə hər kəsin məyus olduğunu bildirib: "Bu məğlubiyyət məni çox şey haqda düşünməyə məcbur edir. İlk edəcəyim şey oyuna bir daha baxmaqdır. Sabah məşqimiz var. Oyundan sonra paltardəyişmə otağında danışdıq. Hamı məyusdur. Amma bu, kifayət etmir. Oyun ərzində "Qarabağ"la mübarizə aparmadıq".
"Qarabağ"la matçda "Neftçi"nin futbolçularından Azər Əliyev bu gün ona doğma olmayan cinahda oynayıb. Azər Salahlı isə bir sıra səhvlərə yol verib. Regekampf "Neftçi"nin cinahlarda olan problemi ilə bağlı bunu deyib: "Demişəm ki, mətbuat konfransında oyunçularım haqda danışmayacağam. Həftə ərzində hansı oyunçu özünü yaxşı göstərirsə, ona şans veririk. Azər Salahlı çox çətin dövrdən sonra qayıdıb. Milli komandanın oyunçusudur. Mənim üçün vacib olan amil odur ki, onu addım-addım qaytaraq. Çox çətindir. Yerli oyunçular hazır vəziyyətdə əlimizin altında deyildilər. "Qarabağ"la oyunda bu cür təcrübəyə malik futbolçular lazımdır. Ona görə də qərar verdik ki, hər iki cinahda Azərləri oynadaq".
Çalışdırıcı hücumçusu Qodsvey Donyonun etimadı doğrultmaması ilə bağlı sualı belə cavablandırb: "Mən bütün oyunçularımı müdafiə edəcəyəm. Bu barədə mənim nə isə danışmağım düzgün çıxmaz. Oyunçularla tez-tez çatışmayan amillərlə bağlı söhbətimiz olur. Qışda komandaya xeyir verməklə bağlı müzakirələr aparırıq. Xahiş edirəm, bizə bir az da vaxt verin. Düzgün məqam çatanda hər şey haqda məlumatınız olacaq.
Regekampf "Yeni transferlərə “Neftçi”nin necə klub olduğunu, hara gəldiklərini izah etmirsinizmi?" sualı ilə bağlı bu cür danışıb: "Demək olar ki, məndən eyni şeyləri soruşursunuz. Sizinlə komandanın ümumi imici haqda danışa bilərəm. Heç bir oyunçunu işarələməyəcəm. Mənim üçün vacib olan komandadır, futbolçu yox. Doğru deyirsiniz, ikinci qoldan sonra futbol oynamadıq. Oyuna ürəyimizi qoymalıyıq. Təcrübəli futbolçularımız var. Onlar vəziyyəti idarə etməlidirlər. Qarşıdakı günlərdə bu mövzu barədə danışacağıq. Oyunlarımız var. “Zirə”yə qarşı kubok matçı çox vacibdir. Bu gün soyuq duş qəbul etmiş olduq. Hamılıqla bunu düşünməli və sabahdan hazırlaşmalıyıq".
"Qarabağ"la görüşdən sonra "Neftçi"nin azarkeşləri komandanı tribunalar istiqamətinə çağırsa da, yalnız kapitan Emin Mahmudov onların yanına gedib. Daha sonra fanatlar komandanı təhqir edib. Emin Mahmudov həmin vaxt formasını çıxarıb. Regekampf bu durumla bağlı bildirib: "Azarkeşlərin belə oyundan sonra narazı olması normaldır. Təhqirlərlə razılaşa bilmərəm. Amma onlar haqlıdırlar. Bu gün oynadığımız oyunla deyilənlərə layiqik".
Mütəxəssis Azərbaycan kubokunun 1/4 finalında "Zirə" ilə keçirəcəkləri oyun barədə deyib: "Əminəm ki, futbolçular bu vəziyyətdə qalmayacaqlar. Matçdan sonra onları gördüm, hamısı daxildə əziyyət çəkir. Bu, soyuq duşdur. Hər birimiz güzgüdə özümüzə baxıb, təhlil etməliyik. Əminliklə deyirəm ki, "Zirə"yə qarşı tamamilə fərqli komanda görəcəksiniz".
“Heç vaxt təslim olmayan “Barselona” görmək istəyirəm”
"Zirə" "Araz-Naxçıvan"ı belə məğlub etdi - Video
"Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi"
"Zirə" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qalib gəldi
Kamilo Durandan “Qarabağ”a xoş müjdə
Azərbaycan boksçusu erməniyə qalib gəldi
"Barselona"da qalır
"Kəpəz" - "Sumqayıt" oyunundakı 3 qol - Video
"Rəhbərlik komandaya yaxşı motivasiya verir" - Azər Bağırov
"Belə bəsit qollar buraxdığımıza inana bilmirəm" - Saşa İliç
D lisenziyalı məşqçi kursları yekunlaşıb
Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atıldı
"Qarabağ"dan Kamilo Duranla bağlı açıqlama
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər
Avropa Liqasında 1/8 final cütlükləri müəyyənləşdi
Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı
"Neftçi" basketbol komandası baş məşqçisini göndərdi
Premyer Liqa klubundan baş məşqçisinə yeni müqavilə
"Kəpəz" - "Sumqayıt": Heyətlər açıqlandı
Azərbaycan klubları avrokuboklarda qol rekordunu təkrarlayıb
Bu qış Azərbaycandan ayrıldı, "Valensiya"ya keçdi
“Qarabağ”ın hücumçusundan 2 ölkə üçün rekord
"Yuventus" qapıçısı ilə müqaviləni uzatdı
Azərbaycan boksçusu 1/4 finala yüksəldi
Demiçelis La Liqa klubunun baş məşqçisi təyin edildi
Bu qələbə "Fənərbaxça"ya kifayət etmədi - Video
Azərbaycan UEFA reytinqində 3 ölkəni qabaqladı - Yeni rekord
Rusiyada 9 futbol hakiminə cinayət işi açıldı
Konfrans Liqası: "Samsunspor" davam edir
Cəbrayıl Hacıyev bürünc medal qazandı
Qəza keçirən futbolçu yaşıl meydanlara qayıtmağa hazırlaşır
"Traktor" liderliyə yüksəldi
İngiltərə klubları Murilloya göz dikdi