Şəhriyar Karlsenə uduzdu

Şəhriyar Karlsenə uduzdu
ŞAHMAT 17 Noyabr 2022 / 09:00 1654
-  A +

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində 3-cü tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, qrossmeyster  norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Matçın ilk üç partiyasında millimizin üzvü uduzduğu üçün  4-cü partiyaya ehtiyac olmatıb.

Ş.Məmmədyarov 3 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner