Dünən Tovuzda əsl futbol bayramı yaşandı.
Peşəkar Futbol Liqasının bugün yaydığı açıqlamaya görə, Misli Premyer Liqasının 3-cü turundan təxirə salınan “Turan Tovuz” – “Qarabağ” oyununu 5500 tamaşaçı izləyib ki, bu da azarkeş sayı baxımında mövsümün rekordu deməkdir. Xoş mənzərə odur ki, tribunaları dolduran tovuzlu, eləcə də ətraf rayonlardan gələn azarkeşlər "Qarabağ"ı rəqib deyil, doğma komandaları kimi qarşıladılar. Matçın gedişatı zamanı onlar "Qurban, Qurban" sədaları səsləndirdi. "Turan Tovuz" "Qarabağ"a 0:2 hesabı ilə uduzsa da, matç bitəndə yerli publika Ağdam komandasını alqışlarla yola saldı.
Həmçinin oxuyun: Tovuzda mövsümün rekordu qırıldı
Bu, bir tərəfdən bir el-obanın yüksək qonaqpərvərliyinin, nəciblik və alicənablığının, o biri tərəfdən də azarkeşlərin timsalında nümunəvi futbol mədəniyyətinin, vəfasının göstəricisi idi. "Qarabağ", onun baş məşqçisi Qurban Qurbanova bu sevgi səbəbsiz deyil. Axı, uzun illər komanda Azərbaycanı Avropada layiqincə təmsil edir. Tovuzlu azarkeşlər bu müddətdə hər zaman "Qarabağ"a mənəvi dəstək olublar, onu təkcə teleekran qarşısından deyil, bəziləri uzun yol qət edib Bakıya gəlməklə tribunadan da dəstəkləyiblər. İndi isə "Qarabağ" Tovuza səfər etmişdi və komanda Tovuz camaatının isti münasibətini stadiona ayaq basdığı ilk dəqiqədən oranı tərk edən ana qədər hiss etdi.
Oyundan sonra keçirilən mətbuat konfransında da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ilk növbədə bu məqama toxundu. O dedi: "İlk öncə bütün tovuzlulara təşəkkür etmək istəyirəm. Bizim komandanı çox xoş qarşıladılar. 25-26 il əvvələ getdim sanki. Burada xoş xatirələrim var. Uzun illərdir görmədiyim insanları gördüm bu gün. Ona görə də hər birinə təşəkkür edirəm. Komandaya uğurlar arzu edirəm. Ümid edirəm ki, “Turan Tovuz” gələcəkdə daha yaxşı nəticələr qazanacaq. Sağ olsunlar. Bizim bura gəlməyimiz onların sevinci idi. Çox duyğulandım. Azarkeşlərin “Qurban, Qurban” qışqırması çox xoş mənzərə idi".
Bu, "Qarabağ"a Tovuza 9 ildən son ilk səfəri idi. Bu səfər zamanı isə Ağdam təmsilçisi Tovuzdan 3 xaldan daha çox "Qarabağ" və "Qurban" sadaları, yerli azarkeşlərin rəqib komandanın oyunçuları ilə çəkil çəkdirməsi, avtoqraf alması, onlardan forması istəməsi kimi pozitiv və unudulmaz anlarla qayıtdı...
Bu, yerli camaatın "Qarabağ"a xalq komandası kimi yanaşmanın göstəricisi idi.







Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı