Misli Premyer Liqasının 3-cü turundan təxirə salınan “Turan Tovuz” – “Qarabağ” oyunu (0:2) rekordla əlamətdar olub.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, Tovuzdakı qarşılaşmanı 5800 tamaşaçı izləyib. Bu, cari mövsümün yeni rekordudur.
Həmçinin oxuyun: Tovuzda anşlaq - Şəkillər
Bunadək ən çox tamaşaçı 1-ci turun “Turan Tovuz” – “Qəbələ” (0:2) və 3-cü turun “Sabah” – “Neftçi” (2:1) matçlarında qeydə alınmışdı. Həmin oyunların ikisində də 5500 tamaşaçı olub.
Təxirə salınan görüşü də nəzərə almaqla 3-cü turdakı seyrçi sayı da rekord həddə çatıb. Turun ümumilikdə 5 matçını 14600 tamaşaçı izləyib. Bununla da 1-ci turun rekordu yenilənib. Mövsümün ilk turunda 10600 izləyici olub.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı