“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 12-ci turunda səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Rəqibi təbrik edirəm. Oyun yoxdusa, nə danışasan? I divizion səviyyəsində matç keçdi. Temp yox idi, qərarlar sıfırın altında. Bu halda nə demək olar? Bunları öz komandama aid edirəm. Danışmağa söz tapmıram. Futbolçulara paltardəyişmə otağında demişdim ki, bu oyunun taleyini diqqətsizlik həll edə bilərdi. Yeganə qolu ya biz vuracaqdıq, ya da rəqib. Vəziyyətimiz kritikdir. Özümə deyirəm ki, səbirli olmalıyıq. İndiki halda əldən nəsə gəlmir. Bir variant düşdü, Riçard Qadzeni heyətə cəlb etdik. Görün hansı haldayıq ki, udmalı olduğumuz oyunu futbolçu formaya düşsün deyə qurban veririk.
Həmçinin oxuyun: Samir Abasov: "Bunu açıq şəkildə deməyin vaxtı deyil"
- Siz özünüz mübariz insansız, məğlubiyyəti qəbul eləmirsiz. Bu vəziyyətə necə dözürsüz, əsəblərinizi necə soyudursuz?
- Hazırda sakitəm. Çünki gələndə vəziyyətin necə olduğunu bilirdim. İlk müsahibəmdə də demişdim ki, komandanın içinə düşəndən sonra vəziyyətin necə olacağını biləcəm. Klub rəhbərliyi ilə gəlişimi müzakirə edəndə özüm üçün siyahı tərtib etmişdim. Orada gələcək planlar yer almışdı. Qış fasiləsinə qədər qazanacağımız futbolçular, komandanın oyun planı, görəcəyimiz işlər və s. Səbr etməyib, qışqırmaqla nə düzələcək ki? Dözmək lazımdır.
- Bir misal var, “ürəkdən tikan çıxır”. “Neftçi”nin son oyunlarına baxanda ürəyinizdən tikan çıxır?
- Belə baxıram da (gülür).
- Bugünkü matçda futbol olmasa da, zədələr çox idi. Bunu nə ilə əlaqələndirmək olar?
- Turenin aldığı epizodda futbolçunun səhvi var idi. Orda futbolçu ötürmə vermək əvəzinə var gücü ilə zərbə endirir və öz dizi zədələnir. Ayağın topa qoyuluşu düz deyildi. Todor isə oyundan əvvəl özünü narahat hiss edirdi. Amma həkimlərin məsləhətindən sonra onu meydana buraxdıq. Çox istəkli idi. Özü də demişdi ki, nə qədər dözəcəmsə, o qədər də oynayacağam.
- Tovuz stadionda futbolçu kimi çox oynasaz da, məşqçi kimi ilk dəfə idi. Ab-hava necə idi?
- Ab-hava əla idi. Amma bu ah-havaya da uyğun futbol göstərməlisən. Təbii ki, rəqibin azarkeşləri bu gün sevinərək stadionu tərk etdilər. Lakin oyuna baxırsan, 2-3 ötürmədən sonra qırılma olur. Kənardan düşünürsən ki, bu nə futboldur? İnanın ki, özümüz də bu gün qalib gəlsəydik, yenə də eyni sözləri deyəcəkdim.
- Sizcə, oyunun ədalətli nəticəsi nə idi?
- Elə 0:1 hesabı ilə uduzmağımız.
- Qazon süni olsa da, komandanız Sumqayıtda həftə ərzində bu oyuna təbii meydançada hazırlaşırdı...
- Süni meydançada məşq etsəydik, onun fəsadları daha pis ola bilərdi. Futbolçu kimi süni meydançada məşq etməyin acısını çox yaşamışam.
- Qış fasiləsini gözlədiyiniz dediniz. Məlum məsələdir ki, legionerlərin əksəriyyətinin səviyyəsi yüksək deyil. Onların klubla müqaviləsi var. Rəhbərlik yeni legionerlərin alınması üçün büdcə ayırmasa, bəs necə olacaq?
- Rəhbərliklə fikrimiz eynidir. İşlərimizi də ona uyğun qururuq. Hansısa futbolçunu göndərməliyiksə, buna görə çıxış yolu tapmalıyıq. Təbii ki, ayrılan büdcədən kənara da çıxa bilmərik. Çalışırıq ki, az olsun, amma səviyyəli futbolçular olsun.
- Qışa qədər vəziyyətdən çıxmaq üçün hansı addımları atacaqsınız?
- Bəzi futbolçularımızla söhbətim olacaq. Çünki 1-2 nəfərin yanaşması xoşuma gəlmir. Bu məsələdə səbr etməyə ehtiyac yoxdur. Lakin bu, oyunumuza təsir etməyəcək. İndiki məqamda işimiz komandanı növbəti oyuna hazırlaşdırmaqdır.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı