"Bizə sona qədər dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Oyun əldən getsə də, soyuq havada şəhərin komandasını dəstəkləyirlərsə, bunu qiymətləndirməliyik. Buna mütləq yaxşı şəkildə cavab verəcəyik. Oyunu iki hissəyə bölərdim. Yaxşı başlamadıq, sanki gərginlik var idi. Bu da həddindən artıq istəkdən irəli gəlirdi. İkinci hissədə oyuna nəzarət etdik. Təəssüf ki, bütün bunlar sadəcə sözlərdir. Çünki üstünlüyümüzü qola çevirə bilmədik. Bizə vaxt lazımdır. Əgər epizodları qola çevirə bilmirlərsə, oyunçular dəyişilməlidir. Qışda buna baxacağıq".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 11-ci turunda evdə "Zirə"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, "Araz Abdullayevlə Murad Xaçayevin ehtiyatda qalmasının səbəbi nədir?" sualını belə cavablandırıb: "Ümumiyyətlə, komandada hər şeyin yaxşı olduğunu deyə bilmərəm. Amma Murad Xaçayevin və ya başqa birinin “qara siyahı”da olduğunu söyləmək olmaz. Bu, belə deyil. Bu gün belə bir heyətlə oyuna başlamağa qərar verdik. Problemlərimiz Xaçayevdə və ya Araz Abdullayev deyil. Onlar formada olsalar da, bizim problemlərimiz daha qlobaldır. Hücumda dişsizik var, qol şanslarımızı reallaşdıra bilmirik. Hücumlarımızı tamamlamaq niyyətindəyiksə, o zaman vaxt lazımdır. Bizim daha çox oyunu üzərinə götürə biləcək oyunçulara ehtiyac var. Biz səbrliyiq, hər şey düzələcək”
Mütəxəssis daha sonra vurğulayıb: " Mən oyunçuları bir aydır ki, tanıyıram. Məşq sayımız yetərincə deyil ki, Çabinin inamlı və inamsız vaxtını bilim. O, əsas heyətdə meydana çıxdı. Topla oynadı, amma hücumameyilli oyunçu öz meydançasında, ya mərkəzdə oynayırsa, bu, göstərici deyil. Doğrudur, o, top saxladı, yanındakı Səbuhi Abdullazadəyə və Vüqar Mustafayevə ötürmə verdi, əladır, itirmədi. Bugünkü futbolda bu, ümumiyyətlə, göstərici deyil. Sən rəqib meydançada nələrsə etməlisən. Bu problemləri artıq bilirik. Oyunlara da bir yolla udmaq məqsədi ilə çıxırıq. Standart vəziyyətlə, əks-hücumla uğur əldə etmək istəyirik. Hücumda işləyək, bunu edək filan, açığı, bizdə belə deyil. Çünki bu baxımdan axsayırıq. Ancaq çox ümidliyik və bu yöndə işlər gedir. Öz gücümüzə inanırıq. Zaman hər şeyi göstərəcək".
S.Abasov "Sumqayıt"da hansı problemlərin olması ilə bağlı deyib: "Bugünkü gündə oyunçuları dəyişə bilməzsən. "Transfer pəncərəsi" var. Komandaya gəlirsənsə, əlində 22 futbolçu var, onları dəyişmək mümkün deyil. Dəfələrlə deyirəm, əlimizdə olan uşaqları komandaya qazandırmağa çalışırıq. Heç kimi qazanmayacağıqsa, yenidən komanda qurulacaq. Epizodlara girmiriksə, bu, ən əsas problemdir. Bunun da öhdəsindən gələ bilmirik, başqa yollar axtarırıq. Bu gün o qədər asmalar etdik. Almir Aqanspahiç əsas heyətdə oynamağa başlayıb, hündürboyludur, başla yaxşıdır. Əfsuslar olsun ki, ondan da yararlana bilmədik. Əsas odur ki, öz dərdimizi, problemimizi bilirik. Ancaq bunu açıq şəkildə deməyin vaxtı deyil. Çox oyunlarımız var. Ən azından həmin oyunçulara güvənməliyik, onlar oyuna çıxmalıdır".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır