AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Qol.az saytına açıqlama verib.
75 yaşlı mütəxəssis "Qarabağ"ın Avropa Lqasının qrup mərhələsinin 5-ci turunda bu gün "Nant"la Fransada keçirəcəyi matç barədə danışıb.
Həmçinin oxuyun: “Bircə ona pis oluram ki, “Qarabağ” “Olimpiakos”a az qol vurdu”
Ağdam təmsilçisinin sona 1 tur qalmış 2-ci yerin sahibi kimi pley-offa vəsiqə qazanmasına 1 xal da bəs edəcək.
Ağasəlim Mircavadov isə Qol.az saytına açıqlamasında Qurban Qurbanovun komandasının "Nant"a qalib gələcəyinə və pley-offa vəsiqəni təmin edəcəyinə inandığını deyib: "Qarabağ"ın builki oyunu bizi daha da ruhlandırır. Klubun imici, adı var. Özü də Fransada oynayacaqlar. Bilirsiniz ki, Fransada çoxlu erməni yaşayır. Ola bilər ki, oyun zamanı xoşagəlməz hərəkətlər etsinlər. Amma mən belə başa düşürəm ki, "Qarabağ" hər şeyə, bugünkü oyuna da hərtərəfli hazırdır. Mən "Qarabağ"dan qələbə gözləyirəm".
Mütəxəssis "Qarabağ"ın qrup mərhələsinin 2-ci turunda "Nant"a Bakıda böyük hesabla (3:0) qalib gəldiyini də xatırlayıb: "Bakıdakı oyuna baxdıq. İndi də həmin məşqçi, həmin futbolçular olacaq. Mən inanmıram ki, onlar Bakıda oynayanda "Qarabağ"ı saymasınlar və ya yuxarıdan aşağı baxsınlar. Sadəcə "Qarabağ" doğrudan da onlardan çox üstün idi. Futbol dili ilə desək, "Qarabağ" "Nant"ı bütün komponentlərdə qabaqlayırdı. Elə indi də üstündürlər. Mən "Nant"ın Liqa 1-dəki vəziyyətinə də baxıram. Bugünkü oyunun mahiyyəti həddindən artıq yüksəkdir. Məncə, "Qarabağ" "Nant"a qalib gələcək".
Ağasəlim Mircavadov onu da deyib ki, "Qarabağ"ın qrup 1-cisi olmasını arzulayır: "Qarabağ"dan çox şey tələb edirik. Ona görə ki, buna layiqdirlər.
Qarabağ"ın qrup 1-cisi olmaq üçün şansı çoxdur. Mövsümün əvvəlində "Qarabağ"ın qrup mərhələsinə düşməsini gözləyirdik. Amma komanda bu cür oyun nümayiş etdirdikdən sonra biz onlardan çox şey tələb edirik. Elə özləri də qalib gəlmək istəyirlər".
Qeyd edək ki, bu gün "Stade de Bojuar" arenasında keçiriləcək "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, G qrupunda "Frayburq" 12 xalla 1-ci, "Qarabağ" 7 xalla 2-ci, "Nant" 3 xalla 3-cü, "Olimpiakos" isə 1 xalla sonuncudur. "Qarabağ"ın pley-offa vəsiqə qazanmasına "Nant"la oyundan 1 xal da bəs edəcək. Lakin Ağdam təmsilçisinin qrup 1-cisi olmaq üçün "Olimpiakos" bu tur "Frayburq"a qalib gəlməlidir, "Qarabağ" 6-cı turda Ağdam təmsilçisini Bakıda məğlub etməlidir.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı