“Oyununa baxanda elə bilirəm ki, “Qarabağ” xarici klubdur. Baxıb həzz alıram”.
Bu sözləri Qol.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində ötən gecə Yunanıstanda “Olimpiakos”a qalib gəldiyi oyun (3:0) haqda danışarkən deyib.
“Qarabağ”ın böyükhesablı qələbəsini şərh edən mütəxəssis Ağdam təmsilçisinin daha çox qol vurmadığına təəssüfləndiyini bildirib: “İlk dəqiqələrdən göründü ki, “Olimpiakos” “Qarabağ”a imkan verir ki, top saxlasın. Elə o an dedim ki, burda hesab böyük olacaq. Elə də oldu. Bircə ona pis oluram ki, “Qarabağ” az qol vurdu. Çünki qol vəziyyətləri çox idi. İmkanların az qismindən istifadə etdilər.
İndi “Qarabağ”ın 6 xalı var. “Olimpiakos”un isə deyərdim ki, şansları bitdi. Mən “Olimpiakos”un rəhbərliyinə məətəl qalmışam. Aldıqları futbolçuların ancaq adları var. Amma indi reklam futbol oynamır. “Qarabağ”ın 3-cü qolunu “Olimpiakos”un ulduz futbolçusu Marselo “düzəltdi”.
Millimizin sabiq baş məşqçisi “Qarabağ”ın mərkəz müdafiəçiləri Bəhlul Mustafazadə və Bədavi Hüseynovun oyununu xüsusi qeyd edib: “Yerli oyunçularmıza və məşqçilərimizə yaxşı qiymət vermək lazımdır. Dünən Bəhlul Mustafazadə və Bədavi Hüseynovun oyununa baxıb zövq aldım, istirahət elədim. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sağ olsun ki, bu müdafiə tandemini yaradıb. Kevin Medina və Maksim Medvedev də sıraya dönəndən sonra komandada yaxşı rəqabət olacaq”.
A.Mircavadov “Qarabağ”ın məşqçilər korpusunun işini də qiymətləndirib: “Qarabağ”ın məşqçiləri dəyişikliklərlə komandada güc yaratdılar. Ancaq onu da deyim ki, “Olimpiakos” ikinci hissədə fiziki cəhətdən çatdırmadı. Onlarda yorğunluq hiss olunurdu. Təbii ki, bu da “Qarabağ”ın təzyiqinə görə idi. Başda Qurban Qurbanov olmaqla “Qarabağ”ın məşqçilər korpusuna təşəkkür etməliyik”.
“Qarabağ”ın sabiq çalışdırıcısı Ağdam klubunun qrupda 1-ci olmaq şansını da dəyərləndirib: “Qarabağ” qrup birinciliyinə layiq oyun göstərir. Hazırda “Frayburq” liderdir. Amma mən Almaniyadakı oyunda onları təkcə ilk hissədə gördüm. İkinci hissədə meydanda sanki ancaq “Qarabağ” var idi. Komandamızın təmiz penaltisini də hakim vermədi. Biz “Frayburq”u Bakıda qəbul edəcəyik. Bu da yaxşı fürsətdir.
İndi ilk yer uğrunda “Qarabağ”la “Frayburq” arasında mübarizə gedəcək. “Qarabağ” dünənki qələbə ilə qrupdan çıxmaq şansını artırdı”.
Ramiq Ağaməmmədov
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır