Avropada xal itirməyən 4 komanda - Biri "Qarabağ"dır

Avropada xal itirməyən 4 komanda - Biri "Qarabağ"dır
ÖLKƏ FUTBOLU 17 Oktyabr 2022 / 10:22 5464
-  A +

Misli Premyer Liqasının 10-cu turunda ötən gün "Sumqaylt"a qalib gələn (3:1) "Qarabağ" Avropada bu mövsüm xal itirməyən 4 komandadan biridir.

Qol.az xəbər verir ki, Ağdam klubu yerli çempionatda ilk 9 qarşılaşmanın hamısında qalib gəlib.

Həmçinin oxuyun: "Çempionat gərgin keçir" - Qurban Qurbanov

Ağdam təmsilçisi ilə yanaşı, Lüksemburqda "Düdelanj" (9), Yunanıstanda "Panatinaikos" (8), Ukraynada "Dnepr-1" (6) komandaları da yerli çempionatda bütün oyunlarda qələbə qazanıb.

Qeyd edək ki, ehtiyatında bir oyunu da olan "Qarabağ" hazırda 27 xalla liderdir. Qurban Qurbanovun komandası Misli Premyer Liqasının 11-ci turunda "Turan Tovuz"u qəbul edəcək. Görüş oktyabrın 20-də keçiriləcək.

Daha çox


Son xəbərlər
28.02.26  16:19

"Neftçi"də itki

27.02.26  18:49

"Barselona"da qalır

topaz banner