"Futbolçularımı təbrik edirəm. Xeyli əziyyət çəkdilər, yoruldular. Yaxşı, intizamlı müdafiə olunan komandaya qarşı oynadıq. Şükürlər olsun ki, sonda 3 xalı qazandıq".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 10-cu turunda bu gün "Sumqayıt"a qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Həmçinin oxuyun: “Qurban Qurbanov möcüzəvi bir komanda yaradıb”
O, 3:1 hesablı qələbəni belə şərh edib: "Futbolçularımdan razı qaldım. Rəqibin əks-hücumlarının qarşısını ala bilirdik. İkinci hissədə bir anlaşılmazlıq oldu, qol buraxdıq. Samir Abasova uğurlar arzulayıram. İnanıram ki, qarşıda daha yaxşı, nəticə verən komanda olacaq. Azarkeşlərimizə təşəkkür edirəm. Elə zamandayıq ki, futbolçuların yorğunluqdan sonra dərhal özlərinə gələcəklərini deyə bilmərik. 4 gün sonra yenə oyunumuz var. Futbolçularımızın yaxşı durumunu geri qaytarmağa çalışacağıq. ". Asan deyil".
Q.Qurbanov Kevin Medinanın müdafiənin sol cinahında oynamasını belə izah edib: "Daha əvvəl də “Sumqayıt”a qarşı bu mövqedə oynamışdı. Variantlardan biridir. Bu gün Rahil, Maksim və Medinanın meydanda olmasını istəyirdim. Oyun praktikaları üçün vacib idi. Qarşıda yenə belə addım ata bilərik".
Baş məşqçi klublarımızda yerli mütəxəsisslərin çalışmasını müsbət hal kimi qiymətləndirib: "Mənim üçün xoşdur. Azərbaycanlı kadrlarımızın hərəsinin bir komandanın başında olmasına ancaq sevinə bilərik. Bölgələrə getmək çox maraqlıdır. Tovuzda ilk çempionluğumu yaşamışam. Gəncədə azarkeş kütləsi, ajiotaj çox yaxşıdır. Oraların futbol mədəniyyətini yenidən yada salmaq çox xoşdur".
Q.Qurbanov zədəli futbolçusu Kadinin Avropa Liqasının qrup mərhələsində “Nant”la oyuna hazır olub-olmayacağının hələlk bilinmədiyini də qeyd edib: "Vəziyyəti yaxşılığa doğru gedir. Qarşıdakı matçda oynayıb-oynamayacağını hələ bilmirik. Gələn həftə daha dolğun cavab verə biləcəyik".
Q.Qurbanov rəqibin yaxşı müdafiə olduğunu da əlavə edib: "Dəyişikliklər çox olmuşdu. Belə müdafiə olunan komandalara qarşı ilk dəqiqələrdən nəsə etmək çətindir. Birinci hissədə hücum xəttində çoxlu dəyişikliklər var idi. İkinci yarıda sürəti artırmaq, daha çox topa sahib olmaq lazım idi. Daha təcrübəli futbolçulardan istifadə edə bildik. Bu, o demək deyil ki, onlar ilk yarıda meydanda olsaydılar, qol vurardıq. Birinci hissədə komandalar daha canlı olurlar".
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq
Dimarko üçün 4 illik müqavilə
Uqo Lyoris Fransa millisinə qayıdır
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
PSJ - "Bavariya" oyunu bu kanallarda
"Sumqayıt"dan 21-ci əsrin antirekordu
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Sumqayıt"ın yubiley qələbəsi
Çalhanoğlu üçün mövsüm başa çatdı
DÇ-2026 üçün sarı vərəqə qaydaları dəyişdirilir
“Fənərbaxça” baş məşqçini göndərdi
“Atalanta” səfərdə məğlub oldu - Video
“Mançester Yunayted”dən çətin qələbə
“Trabzonspor” uduzdu, “Beşiktaş”dan heç-heçə
Masazırda 2 qol, 2 qırmızı vərəqə - Video
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev