"Bugünkü vəziyyətimizdə "Qarabağ"a qarşı oynamaq çətindir. Ümumi oyunu götürəndə yaxşı epizodlar yarada bildik. Söhbət qol epizodlarından getmir. Bu cür matçlarda müdafiədən oynamağa məcbursan. İstəsən də, istəməsən də rəqib səni müdafiədən oynadacaq".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 10-cu turunda bu gün "Qarabağ"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Həmçinin oxuyun: "Çempionat gərgin keçir" - Qurban Qurbanov
O, 1:3 hesablı məğlubiyyəti belə şərh edib: "Birinci hissədə oyunumuz yaxşı idi. Gücümüz tükənəndən sonra qapımızda qollar gördük. Qələbə qazanmamışıq. Xoş olan odur ki, nəhayət qol vura bildik. Oyundan-oyuna daha yaxşı olacağımızı düşünürəm. Buna əminəm. Hücum xəttində kreativ, oyunu üzərinə götürən futbolçularımız yoxdur. Çıxış yolu həm hücumda, həm müdafiədə kollektiv oyun oynamaqdır. Məşqçi olaraq komandamızı stressə, həyəcana salmamalıyıq. Soyuq başla hər şeyi təhlil edib bu vəziyyətdən çıxmalıyıq".
S.Abasov komandasının bu mövsüm ilk dəfə oyun epizodundan qol vurmasından da danışıb: "Bu, mənim üçün xoş deyil. 10 oyunda 1 qol vurmuşuqsa, nədən danışaq? Amma gəlin, son 3 oyunu təhlil edək. Çünki, əvvəlki matçlar haqda mən heç nə deyə bilmərəm. "Qarabağ"la oyunlar bizim üçün təcrübə olaraq yaxşıdır. Bir az azarkeşlərimizdə küskünlük var, ümidlər azalıb. Amma fikirləşirəm ki, belə görüşlər bizə fayda verəcək. İndiki məqamda hansı oyunun bizim üçün uyğun olduğunu müəyyənləşdirməliyik. Hələ ki, axtarışdayıq".
Baş məşqçi qış transfer pəncərəsində yeni oyunçular almağa çalışacaqlarını bildirib: "Söhbət tək hücumdan getmir. Qışı ən çox səbrsizliklə gözləyən insanlardan biri mənəm. Belə matçlarda nə qədər oyunçu qazana bilsək, işimiz o qədər yüngülləşər. Qurduğumuz oyunu başa düşməkdə çətinlik çəkənlər çox olsa, deməli hələ işimiz çox olacaq. Belə olan halda nəinki qışı, yayı da gözləməli olacağıq".
Abasov "Aleksey Baqa bildirmişdi ki, heyəti o qurmayıb. Qış fasiləsində sırf sizin istədiyiniz oyunçuların transfer olunacağı ilə bağlı rəhbərliklə razılığınız olub?" sualını belə cavablandırıb: "Mən Aleksey Baqa ilə bağlı ümumiyyətlə şərh vermək istəmirəm. Təsəvvür edin, mən deyirəm ki, heyəti mən yığmamışam. Onda adama deyərlər ki, bəs burada nə işin var? Əlbəttə belə şeylər yoxdur. Onu demək belə özünü ləkələməkdir. Hər oyundan, məşqdən sonra rəhbərliklə görüşürük. Mənim sakit, pozitiv olmağımın arxasında onlar dayanıb. Hamımız istəyirik ki, birlikdə bu vəziyyətdən çıxaq. Məndən çox onlar arı kimi çalışırlar. Əlbəttə ki, komandanı məndən başqa heç kim yığmayacaq".
S.Abasov turnir cədvəlinin sonuncu pillələrində olsalar da, yarışı tərk etmək fikrində olmadıqlarını də deyib: "Bilmək olmaz çempionatı kim tərk edəcək. Sonuncu yerdə olmaq istəmirik. Mayda turnir cədvəlində nələrin baş verəcəyini indidən deyə bilmərəm. Ola bilər ki, komandada ən yaxşı kimi gördüyünüz oyunçu ilə qışda yollarımızı ayıraq. İstəyim odur ki, qışa kimi bir oyun sistemi olsun və futbolçular buna oturuşsunlar. Komandanı da onların ətrafında quraq. Nə qədər çox futbolçu qalsa, işimiz yüngülləşər. Çempionatı tərk etmək haqda ümumiyyətlə fikirləşməmişik.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır