“Qarabağ” möhtəşəm oyunlar keçirir. Yunanıstanda “Olimpiakos”a 3:0 hesabı ilə qalib gəldikləri üçün təbii olaraq hamı komandadan yenə qələbə gözləyirdi”.
Bu sözləri Qol.az-a açıqlamasında futbol mütəxəssisi Bəxtiyar Musayev deyib.
Həmçinin oxuyun: "Digər klublarda hətta rəhbərlər də oyunçu gətirirlər, “Qarabağ”da isə..."
O, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın Bakıda “Olimpiakos”la qolsuz heç-heçəsini şərh edib. Bildirib ki, “Qarabağ”ın oyununu möcüzə adlandırmaq olar:
“Qarabağ” oynadığı futbolla, nəticələri ilə kiçik, bəlkə də böyük möcüzələr yaradır. Ona görə də camaat elə bilir ki, “Qarabağ” Avroliqanın hər oyununda qalib gəlməlidir. Amma rəqibin çempionatına, heyətindəki oyunçularına, büdcəsinə baxmaq lazımdır. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova təşəkkür edirəm ki, bizə belə gözəl anlar yaşadır. Bizim çempionatda “Qarabağ”a rəqib yoxdur. Bunu təəssüflə qeyd edirəm. Amma bununla belə, Qurban Qurbanov elə bir komanda yaradıb ki... Sadəcə möcüzədir. Bütün rəqiblərimizdən çempionatın səviyyəsi və büdcə baxımından xeyli aşağıdayıq. Deməli, burada məşqçi amili var. Futbolçular da sağ olsunlar ki, meydanda baş məşqçinin dediklərini düzgün yerinə yetirirlər. Biz gözəl bir futbol ailəsinin oyunlarını izləyirik. Ancaq böyük birlik olan yerdə özündən güclü rəqiblərə qarşı belə oynamaq olar".

Bəxtiyar Musayev
“Qarabağ”ın sabiq futbolçusu Ağdam klubunun göstərdiyi oyununa görə fəxr etdiyini bildirib: “Dünən də “Qarabağ” çox möhtəşəm çıxış etdi. Yalnız qol çatmırdı. Adlı-sanlı “Olimpiakos” ardıcıl 4-5 ötürmə edə bilmirdi.
Oyunu stadiondan izləyirdim. “Olimpiakos”un dünya şöhrətli futbolçu olmuş baş məşqçisi Miçel bir an dayanmadan futbolçularına irad bildirirdi. Bu da çox qürurvericidir. Bu cür komandaya qarşı “Qarabağ” elə oynadı ki, həqiqətən də fəxr etdim”.
Bəxtiyar Musayev “Qarabağ”ın qol vura bilməməsini yorğunluqla əlaqələndirib: “Kadinin də sona qədər oynaya bilməməsi hücumların kəsərini bir qədər azaltdı. İkinci hissədə “Qarabağ”da yorğunluq hiss olunurdu. Qəbələ səfərindən sonra komanda dincələ bilməyib. Amma “Qarabağ” çox möhtəşəm oynadı. Buna söz tapmaq olmur”.
B.Musayev onu da əlavə edib ki, bir xal hər iki komanda üçün normal nəticədir: "Amma qələbəyə çox yaxın olan “Qarabağ” idi. Bir xal da önəmli idi. Konfrans Liqasının pley-offu təmin olundu. Buna görə “Qarabağ”ı təbrik edirəm. İnşallah, “Nant”la səfər oyunundan qələbə ilə qayıdaraq Avroliqanın da pley-offunu təmin edərlər”.
Ramiq Ağaməmmədov
Manşet foto: PFL
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır