Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bugünkü mövzumuz Azərbaycanda uşaq futbolu və uşaq futbolunun durumudur. Mövzumuzla əlaqədar “Qarabağ”ın U-12 komandasının çalışdırıcısı Elşad Xudadatovla söhbətləşdik. Müsahibimiz söhbət əsnasında bir sıra məsələlərə toxunub:
- “Qarabağ”da uşaq futbolunun ümumi vəziyyətini necə qiymətləndirirsiniz?
- “Qarabağ”da uşaq futbolunun durumu yaxşıdır. Problemimiz yoxdur.
- Öz komandanız durumu necədir?
- “Qarabağ”ın bütün komandalarında perspektivli uşaqlar var. Ancaq mənim komandamdakı futbolçular daha da istedadlıdırlar. Onların gələcəyi çox yaxşı görünür. Artıq 2 ildir ki, bu uşaqlarla işləyirəm. Çox ümidverici uşaqlar var.
- Onlardan bir neçəsinin adını çəkə bilərsiniz?
- Hüseyn Novruzlu, Raul Hüseynli, Ramin Əmirquliyev, Timurçin Yəhya, Miroslav Medvedev, Səbran Muradlı, Həsən Mürşüdzadə, Səid Bayramovun adını çəkə bilərəm.
- Sizcə, komandanızdakı bu futbolçular gələcəkdə Azərbaycan millisində, “Qarabağ”ın əsas komandasında oynaya bilərlər?
- Bəli. Belə oyunçularımız çoxdur. Bizim komandamızdakı uşaqları “ələsəm”, ən az 3-4-ü əsas komandaya yüksələ biləcək futbolçulardır. İnşallah, bunu yaşayıb görərik. 2006-cı, 2007-ci illər təvəllüdlü potensiallı uşaqlarımız da var. Zaman hər şeyi göstərər. Demək olar ki, millimiz üçün də, “Qarabağ”ın əsas komandası üçün də üzvlər yetişir. Mən çox ümidliyəm. Hər yaş qrupumuzda çox istedadlı uşaq yer alıb.
- Bəs, hansı yarışlarda mübarizə aparırsınız?
- Ölkə çempionatında iştirak edirik. Bildiyiniz kimi, iyunun 20-də final matçı oynadıq. Bundan sonra uşaqları tətilə buraxdıq. Hələ də tətildədirlər. İyul ayının axırı, ya da avqustun əvvəlində məşqlərimizə başlayacağıq. Sentyabrda isə ölkə çempionatı start götürəcək.
- Elşad bəy, “Qarabağ”ın böyüklərdən ibarət komandasının çıxışları uşaqlara nə dərəcədə təsir edir? Onları və valideynlərini daha da həvəsləndirirmi?
- “Qarabağ” oynayanda bütün uşaqlarımız matça çox həvəslə baxırlar. Bizim hədəfimiz də odur ki, uşaqları əsas komandaya hazırlayaq. Onlar özləri də bunu istəyirlər. Bütün futbolçuları yaxından izləyirlər, tanıyırlar. Valideynlərin də böyük ümidləri var. Hər bir valideyin istəyər ki, uşağı daha da yaxşı oynasın, hədəflərinə çatsın.
- Ümumiyyətlə, komandanızda təbliğat işlərini necə aparırsınız?
- Uşaqları başa salırıq ki, sizin hədəfiniz əsas komandaya düşməkdir. Hər il keçdikcə 1 yaş böyüyürsünüz. Gələcək üçün də məqsədimiz odur ki, siz əsas komandada, Azərbaycan millisində oynayasınız. Bizim selleksiya xarakterli kurslarımız olur. Seçimlər edirik. Məsələn, 2013-2014-cü il təvəllüdlü uşaqlardan tutmuş 2007-2008-ci illərə qədər seçimlər aparırıq. Futbolçular tapıb gətiririk. Məsələn, Səbran Muradlını elə Ağdam seçimlərindən tapdıq. Bakıda da seçimlərimiz oldu. Düzdür uşaq sayı çoxdur, amma oradan da bir neçə futbolçu götürdük. Biz uşaqlara meydançada nəyin doğru olduğunu öyrətməyə çalışırıq.
Elşad Xudadatov
- “Qarabağ”ın akademiyasında uşaqlarla münasiblətlər necə qurulub?
- Uşaqlarla münasibətimiz çox əladır. Müəllim-məşqçi-uşaq prinsipi var. Bilirsiniz ki, azyaşlı uşaqları məşqlərə valideynləri aparıb-gətirir. Biz münasibəti elə qururuq ki, uşaqlar bizi görəndə müsbət enerji alsınlar. Deməsinlər ki, mən oraya gedəcəm, müəllim üstümə çığıracaq. Biz yüksək səslə danışanda belə uşağı başa salırıq ki, biz bunu sizin yaxşılığınız üçün edirik, bu səhvdir, bu doğrudur. Hətta uşaqlarla münasibətimiz meydançadan kənarda da yaxşıdır. Onlarla elə davranırıq ki, özlərini sərbəst hiss etsinlər, bizdən 10 gün ayrılanda məşq üçün darıxsınlar. Amma münasibət səhv qurulanda uşaq istəyir ki, komandanı tərk etsin. Biz də futbolçularla həm meydanda, həm də meydandan kənarda münasibətimizi yaxşı qurmağa çalışırıq.
- Ümumilikdə uşaq futbolunda hansı nüanslardan narazısınız?
- Məsələn, U-13 liqasına qədər çempionat oyunları Hövsanda, “Dalğa Arena”da keçirildi. Böyük yaş qruplarından ibarət komandalar ev-səfər matçları prinsipi ilə oynayırlar. İstəyərdim ki, bu, aşağı yaş qruplarından ibarət komandalara da aid olsun. Balacaları da bu şəkildə oynatmaq olar. Düzdür, hakim çatışmazlığı var. Amma yenə də uşaqlarımızın ev-səfər matçı prinsipi ilə oynamasını istəyərdim. Bəzən də təyin olunan stadionlar tam yaxşı olmur. Məsələn, mövsüm başlayanda xətlər çəkilir, yarış qurtarana qədər o xətlərə təkrar nəzarət edilmir. Bunlar aradan qaldırıla biləcək problemlərdir. Bizim oyunların hakimləri çox gənc və təcrübəsiz olurlar. Biz “Qarabağ” Futbol Klubu olaraq heç bir hakimə etiraz etmirik, aqressiv yanaşmırıq. Ancaq hərdən elə olur ki, bəzi məşqçilər səbrsizlik edirlər. Bu da hakimlərin təcrübəsizliyindən olur. Çünki 1 dəfə, 2 dəfə səhv edirlər, məşqçinin il boyu çəkdiyi əziyyəti yerə vururlar. Ona görə hakimlər də diqqətli davranmalıdırlar. Qalan hər şey normaldır.
- Nə edək ki, uşaqlar futbola yönəlsinlər? Valideynləri bunun üçün başqa necə həvəsləndirmək olar?
- Maşallah, Azərbaycanda uşaqların 90 faizi futbola yönəlib. Sizi inandırım ki, bizim klubumuzda elə nə qədər uşaq var. Hələ başqa komandaları da fikirləşsək, görün nə qədər uşaq hazırlaşır. Bakı şəhərində məşqçilər bir yeri icarəyə götürürlər. Bir də baxırsan ki, artıq 50-60 tələbəsi var. Hansı rayonu desəniz, orada məşq qrupları var. Valideynlər uşaqlarını futbol məktəblərinə yazdırırlar. Elə “Qarabağ”ın futbol akademiyasında da çox sayda uşaq yetişir. Mən ümidliyəm. Çünki həm “Qarabağ”ın, həm də digər klubların əsas komandasına düşə biləcək uşaqlarımız yetişir. “Qarabağ”ın özündə seleksiya xarakterli futbol məktəbimiz var. Hər şənbə və bazar günlərində oraya çoxlu uşaq gəlir. 15 yaşından tutmuş 6 yaşına qədər. Azərbaycanda futbolu sevən valideynlər və uşaqlar çoxdur.
- Böyüklərin futbolunun inkişafı üçün əvvəlcə uşaq futbolu inkişaf etməlidir. Sizcə, bu vəziyyətdən necə çıxmaq olar?
- Biz hamımız deyirik ki, uşaq futbolu inkişaf etsin. Düzdür, bu vacibdir, önəmlidir. Hazırda şükürlər olsun, kurslarımız var, məşqçilərimiz dərslər keçirlər. Hansı yaş qrupuna hansı yükü vermək lazımdır, necə məşq keçmək lazımdır, hansı qaydalar var, bunları bilirlər. Hər bir klubumuzda düzgün məşq prosesi gedir. Biz artıq neçə ildir ki, çempionatda 8 komanda ilə birlikdə oynayırıq. Onların hamısının əvəzediciləri 1-ci liqada oynayırlar. Ona görə də Premyer Liqamızda ən az 12 komanda olmalıdır. Birinci Divizionda isə heç olmasa, 16 komanda yarışmalıdır. Həvəskarlar Liqası olmalıdır. Düzdür, hazırda var, AFFA təşkil edir. Amma belə yarışlar çox olmalıdır ki, uşaqlar oynasınlar. Futbolda fundamental dinamik xətt var: məşq, məşq, məşq, sonra da oyun. Görün, uşaq həftədə neçə dəfə məşq edir. Həftəsonu da oynamalıdır. Uşaq bilməlidir ki, məşqi niyə edir. Bunu meydana çıxıb, oynamaq üçün edir. Böyüklərdən ibarət komandalarımızın sayı az olanda gənc futbolçular da klubsuz qalırlar. Hər il 17-18 yaşlı uşaqlar futbolla vidalaşıb, ya əsgərliyə gedirlər, ya da başqa işlə məşğul olurlar.
- Sizcə, deyildiyi kimi, həqiqətən də uşaq futboluna diqqət ayrılırmı? İnfrastruktur qurulurmu?
- Sizə tam səmimi deyirəm, bəli, diqqət ayrılır. Uşaq futboluna diqqət ayrılmasa, hər klubun bu qədər aşağı yaş qruplarından ibarət komandaları olmaz. Mən 24 ildir ki, “Qarabağ”da işləyirəm. 1998-ci ildə “Qarabağ”ın nəznində yalnız U-17 çıxış edirdi. 2000-ci illərdən sonra buraya U-15, U-16 və başqaları qoşuldular. U-9-dan tutmuş, U-19-adək bu qədər komanda var. Bu da diqqət deməkdir də. Yaxşı uşaqlar var. Onları qoruyub, düzgün yönləndirib, əsas komandaya qədər çatdırmalıyıq. Məşqçilik təcrübəmdə də görmüşəm, elə uşaq olub ki, 11-12 yaşında yaxşı çıxış edib, amma artıq 14 yaşında 11 nəfərlə oynayanda belə olmadığını görürsən. Aşağı yaş qruplarında 6+1 sxemi ilə oynayırlar. Böyüdükcə 8+1 sxemi ilə çıxış edirlər. Amma 14 yaşa çatanda artıq 11 nəfərlə oynayırlar. Bu vaxt görürsən ki, balaca meydançada yaxşı oynayan uşaqlar indi geri qalırlar. Bunlar yaxşıdır ki, böyük futbola keçirlər. Amma bəziləri geri qalırlar.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
"Barselona" onun yerinə 4 futbolçunu nəzərdən keçirir
"Brayton"da yeni transfer
"Şahdağ Qusar" son dəqiqə qolu ilə qələbə qazandı - Video
"Pedri və Yamalın səviyyəsi tamamilə fərqlidir"
3 qol vuruldu, "Şəmkir" qalib gəldi - Video
Səudiyyə Ərəbistanında Salahın transferinə inanırlar
İngiltərəyə mümkün qayıdışından danışdı
2-ci Liqada 19-cu tura start verildi
Millimizin rəqibindən danışdı: “Nəticə dəhşətlidir”
"Növbəti 10-15 il ərzində "Real"da oynayacağam"
AFFA-nın baş katibi "Barselona"nın nümayəndələri ilə görüşdü
Azərbaycanın klubunda yeni baş məşqçi
Zədələnən Haalandın durumu açıqlandı
Prandelli İtaliya millisinə qayıdır
"Milan" qərarını verdi
Qurban Qurbanov dünyada bu məşqçilərin sırasında ikincidir
Ter Ştegen 7 aydan sonra meydana qayıdır - Şəkil
Amorim: "O, heç yerə getməyəcək"
Millimizin bombardiri: “Bizə yaxşı mənada dərs oldu”
Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku keçiriləcək
Gürcü futbolçu Portuqaliya nəhənginə keçir - Rəsmi
Döyüş zamanı huşunu itirdi, xəstəxanada vəfat etdi
Dani Alveş həbsdə qaldığı günlərə görə təzminat ala bilər
Messinin cangüdəninə qadağa
15 yaşlı gürcü “Yuventus”un maraq dairəsinə düşüb
Ronaldo bu yay "Real"a qayıda bilər
Kubokun oyunları FİFA referilərinə tapşırıldı
“Sabah”ın 19 yaşlı debütantı
A seriyasında 30-cu tura yekun vuruldu
Şəhriyar və Teymur gerilədi - FİDE reytinqi
“Başakşehir” səfərdə qalib gəldi
Haaland mövsümü erkən bitirə bilər
Millimiz dünya kubokunda 12-ci oldu
Hər iki oyunda 2:5 hesabı qeydə alındı
Azərbaycanlı hakim Avropa çempionatı oyunlarına təyinat aldı
Santuş yayılan məlumatlara aydınlıq gətirdi - Açıqlama
Zamiqin komandası liderliyini davam etdirir
Oyunun ən yaxşısına yumurta verdilər
“Qarabağ”ın sabiq oyunçusu ümidsizdir
Ançelotti "Real"la "Barselona"nı müqayisə etdi
Xəbərlərimiz telefonunuza gələcək!
Azərbaycan millisi ev oyunlarını harada keçirəcək? - DÇ-2026
Qrizmann Messinin rekordunu qırdı
Azərbaycan millisi mübarizəyə başlayır