Şahmat millimiz Avropa çempionu ola bilmədi

Şahmat millimiz Avropa çempionu ola bilmədi
ŞAHMAT 14 Oktyabr 2025 / 17:08 3577
-  A +

Bu gün kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində təşkil olunan komandalararası Avropa çempionatında həlledici görüşə çıxıb.

QOL.az xəbər verir ki, yığmamız son turda Serbiya ilə üz-üzə gəlib.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv qələbə qazansa, dördüncü çempionluğunu rəsmiləşdirəcəkdi. Ancaq oyun Serbiyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabında 13 xal olan Azərbaycan millisinin yekun sıralamadakı mövqeyi digər görüşlər bitəndən sonra müəyyənləşəcək.

Xatırladaq ki, Azərbaycan millisi 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
24.08.26  10:30

39-cu qapıçı

24.08.26  09:59

Salahın dublu - Video

topaz banner