"Fənərbaxça" Benzemanı transfer etmək istəyir

"Fənərbaxça" Benzemanı transfer etmək istəyir
DÜNYA FUTBOLU 14 Oktyabr 2025 / 16:26 2230
-  A +

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən Kərim Benzema Türkiyədə oynaya bilər.

QOL.az “Fotomaç”a istinadən xəbər verir ki, “Fənərbaxça” fransalı hücumçunu heyətinə cəlb etmək istəyir.

37 yaşlı forvardın bu təklifə reaksiyası hələlik açıqlanmayıb.

Qeyd edək ki, Benzema bu mövsüm bütün turnirlərdə 4 matçda meydana çıxıb və 3 qol vurub. Onun “Əl-İttihad”la hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq.


Qarabağ FK
Son xəbərlər
08.08.26  21:02

"Tottenhem"dən gedir

08.08.26  16:14

Ferran Torres PSJ-də

08.08.26  10:49

Kurtua qayıdır

topaz banner