“Qəbələ”nin kapitanı Asif Məmmədovun Qol.az saytına müsahibəsi
- Mövsümün sonuna bir tur qalmış Konfrans Liqasına vəsiqə qazandınız. Məhdud büdcə ilə bunu bacaracağınıza inanırdınız?
- Biz ötən mövsüm də yaxşı çıxış edirdik. Hətta bundan da yaxşı oynayırdıq. Sadəcə, həlledici anlarda nəsə çatmırdı. Bu da ona görə idi ki, “Qəbələ”nin büdcəsi azalandan sonra yeni komanda yığılırdı. Kiçik büdcə ilə yığılan komanda tam fərqli olur. Ona görə də ötən mövsüm avrokuboklara düşmək şassımızı itirdik. Bu mövsüm isə gözlənilməyən anlarda da qol vururduq. Bu da böyük bir üstünlükdür. Cavan oyunçularımız çoxdur. Getdikcə təcrübələri artdı ki, bu da müsbət nəticələr verdi. Bütün bunlardan sonra istəyimizə çatdıq. Təbii ki, biz uğur qazanacağımıza inanırdıq.
- Sosial şəbəkə hesabındakı paylaşımında qeyd etmisən ki, bu qələbə bizə inanmayanlara gəlsin. Kimdir sizə inanmayanlar?
- İnanmayanlar çox idi. Hətta başqa klublardan da danışırdılar ki, “Qəbələ” sona qədər gedə bilməyəcək. Girib hansısa paylaşıma bizim əleyhimizə şərh yazırdılar. Özü də bunu klub nümayəndələri edirdi. Bir daha göstərdik ki, sən saydığını say, gör, fələk nə sayır. Belə şeylər yolverilməzdir. Peşəkar klubun nümayəndəsi belə açıqlama verməməlidir. Əslində onlara təşəkkür edirəm ki, bizə əlavə stimul verdilər.
- Söhbət kimlərdən gedir?
- Var idi də... Öz oyunları qalmışdı qıraqda, bizim xallarımızı sayırdılar. Əslində bunlar bir tərəfdən normaldır. Məsələn, mən dünən “Sumqayıt”ın qələbəsini istəyirdim. Çünki bizə elə sərf edirdi. Amma bunu sizə bu gün deyirəm. Çünki artıq oyun olub. Birinci öz oyununa baxmalısan, sonra başqa komandanın xallarını hesablamalısan. Belə şeylər yolverilməzdir. Amma sağ olsunlar ki, enişdə olduğumuz vaxt həmin adamlar bizi ayıltdılar.
- Mövsümü bürünc medallarla başa vurmaq şansınız qalır. Bu mənada “Sabah”la son turdakı matçınıza necə yanaşırsınız?
- Bizə lazım olan hədəfə demək olar ki, çatmışıq. Çempionatın gedişində qarşımıza hədəf qoyulmuşdu ki, avrokuboklara düşməlisiniz. “Sabah”la oyuna da ciddi hazırlaşacağıq. Çünki 3-cü yeri tutmaq şansımız da var. Medal qazansaq, lap gözəl olar. Olmasa da, heç nə olmaz. Biz minumum hədəfə çatmışıq.
- Mövsümün gedişatında müəyyən dövr oldu ki, ardıcıl məğlubiyyət, xal itkiləri ilə üzləşdiniz. Hansı ki, 2-ci yer uğrunda yarışa bilərdiniz.
- Heyətimiz elədir ki, seçim imkanı azdır. Kiçik heyətimiz var. Hansısa futbolçu xəstələnəndə, zədələnəndə onun yerinə oyunçu tapmaq çətin olur. Bəzən 3-4 əsas futbolçumuz olmurdu. Məsələn, Urfan Abbasov hansı vəziyyətdə oyunlara çıxdığını bir Allah bilir, bir də komandadakı futbolçular. O ayaqla futbol oynamazlar. Sağ olsun ki, o vəziyyətdə sonadək kişi kimi oynadı. İnanmıram ki, onun yerində kimsə olsa, o vəziyyətdə meydana çıxardı. Fikir verdinizsə, Omar və Fernanın zədədən qayıtması bizə böyük üstünlük verdi.
- Konfrans Liqasına vəsiqə qazanmağınızın sevinci qədər bu turnirdə necə işirak edəcəyinizin qayğısı var. “Qəbələ”dən bu yarışda nə gözləmək olar?
- Sizinlə tam razıyam. Heyətə futbolçular cəlb etmək lazımdır. Bu heyəti saxlayıb, əlavə də transferlər edilsə, inanıram ki, ölkəmizi layiqincə təmsil edərik.
- Bir çox futbolçunun “Qəbələ” ilə müqaviləsi başa çatır və büdcə istənilən kimi deyil. Onları saxlamaq nə dərəcədə çətin olacaq?
- Bunları rəhbərlik bilər. Mən bu haqda nəsə deyə bilmərəm.
- Sənin də müqavilən başa çatır. Klubun yeni müqavilə ilə bağlı səninlə danışığı olub?
- Yox, hələ ki, heç bir danışıq olmayıb.
- Öz fikrin nədir?
- Saxlasalar, qalacam, saxlamaslar, yəqin ki, karyeramı bitirərəm.
- Yəni iki seçimin var?
- Hə, inanmıram ki, bu yaşda hardansa təklif gəlsin. Gəlsə, baxaram.
- Avqustda 36 yaşın tamam olacaq. Əslində son oyunlarına baxanda sənə bu yaşı vermək olmur. Özünü daha bir mövsüm oynamağa hazır sayırsan?
- Bu mövsüm oyunların 99 faizini əsas heyətdə oynamışam. Çoxunda da sona qədər meydanda olmuşam. Özünüz fikirləşin (gülür). Təbii ki, özümü oynamağa hazır sayıram. Nə vaxt görsəm ki, oynamağa hazır deyiləm, əlimi qalıdırıb deyəcəm ki, sağ olun, mən getdim. Nə qədər ki, bu sözü deməmişəm, deməli, hazıram.
Ramiq Ağaməmmədov
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"