“Lans”ın (Fransa) qapıçısı Jan-Lui Leka ilə komandanın qapıçılarla işləyən məşqçisi Tyerri Malaspino arasında dava düşüb.
Qol.az ESPN-ə istinadən xəbər verir ki, hadisə komandanın məşqində baş verib. Yalnız digər futbolçuların müdaxiləsindən sonra hadisənin daha da böyüməsinin qarşısı alınıb. Münaqişədən sonra Lekanın paltardəyişmə otağının qapısını çırpması onun barmağının sınması ilə nəticələnib. Buna görə də o, Liqa-1-in qarşıdakı iki oyununu buraxmalı olacaq.
Qeyd edək ki, adları çəkilən şəxslər arasında gərginlik uzun müddətdir mövcuddur. Ona görə də “Lans”ın ikinci qapıçısı Volker Farinyes bu mövsümün ikinci yarısı əsas heyətdə daha çox oynamaq şansı qazanıb.
“Lans” mediadakı bu xəbərlərlə əlaqədar açıqlama yayaraq davanın baş verdiyini təsdiqləyib. Klub bununla əlaqədar intizam tədbiri həyata keçirəcəyini bildirib.
Şamaxıdakı 5 qol - Video
İki günə qırılan rekord
“Milan”dan darmadağın, “Bayer”dən 4 qol
"Trabzonspor"dan qələbə, Zamiqin komandasından heç-heçə
Vüsal İsgəndərlinin komandası xal itirdi
“Beşiktaş”ın hücumçusu qol vurdu, tənqid olundu
İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna göz dikdi
Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - Video
FİFA-nın vitse-prezidentindən İnfantinoya sərt mesaj
"Səbail", "Xankəndi" və "Şimal"dan qələbə
Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü
Elvin Cəfərquliyev fərdi fiziki məşqlərə başlayıb - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Danimarka millisinin sabiq baş məşqçisi vəfat etdi
Rafinya qayıtdı
Lautaro Martines zədələndi
Haaland ÇL-də Messiyə məxsus 2 rekordu yenilədi
İsmail Kartal: "Belə nəticə qəbulolunmazdır"
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda