"Neftçi"ni təbrik edirəm. Ağır oyun olacağını bilirdik. Rəqib 3 görüşdə məğlub olmuşdu. Bizə hər qarşılaşma çətin olur. Bacardığımız qədər yaxşı hazırlaşmaq istəyirdik".
Bu fikirləri "Səbail"in məşqçisi Vüqar Məmməd Azərbaycan Premyer Liqasının 12-ci turunda "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis futbolçuların əllərindən gələni etdiyini bildirib: "Növbəti matça hazırlaşacağıq. Rahid Əmirquliyev bizim kapitanımızdır. Ona istirahət vermək istəyirdik. Bu səbəbdən ehtiyatdan oyuna girdi. Ruslan Hacıyevin isə ikinci yarıda meydana daxil olması taktiki gedişlə bağlı idi".
Məmməd Kamran Ağayevin görüşün sonunda tez paltardəyişmə otağına yollanmasına münasibət bildirib: "Onun epizoduna yaxın idim. "Neftçi"nin futbolçusu həmin vaxt üzr istəməli idi. Amma gülərək çıxıb getdi. İndi Kamran Ağayevin qaş nahiyəsində çat əmələ gəlib. Ağayev artıq sakitləşib" (Report.az).
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov