“Bu turnirin açılış matçında oynamaqdan qürur duyuruq. Qrupumuz çətindir. Hər komandanın fərqli xüsusiyyətləri var. Ən gənc heyətlə turnirə qatılan komandamızı təbrik edirəm”.
Qol.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş “Avro-2020”nin açılış matçında sabah İtaliya ilə qarşılaşacaqları görüş haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis bu gün təşkil edilən mətbuat konfransında sabahkı matçdan və komandasının turnirdəki hədəfindən söz açıb: “Niderlandda İtaliyaya məğlub olduq. Heç vaxt qalib gəlmədiyimiz rəqiblər var. İlk qələbəni dadmaq bizim üçün şərəf olacaq. Mançini Türkiyəni yaxşı tanıyır, “Qalatasaray”da çalışıb. Turnirə favorit kimi gəlməmişik, ancaq favoritlər sırasında ola bilərik.
Çətinliklərimiz də var, üstünlüklərimiz də. Rəqibin gücünü bilirik. Təcrübəli oyunçuları var. Çox güclüdürlər. İtaliyanın dünya arenasındakı yerini bilirik. Onlarda bir futbol mədəniyyəti var. Biz də futbolu sevirik. Texniki və taktiki olaraq sabahkı matç çətin olacaq. Matç bitəndə qazandığımız xalların sevincini yaşamaq istəyirəm.
Bu, mənim üçün, komandam və ölkəm üçün vacib bir oyundur. Hər kəs üçün vacibdir. İtaliyanın qalib gəldiyi qarşılaşmalara baxanda nə qədər intizamlı olduqlarını görürük. Diqqətimizi bir anlığa itirəndə rəqib bundan istifadə edə bilər. Futbolumuzla iz buraxmaq istəyirik. Bu turnirdə əvvəllər etmədiyimizi etməliyik”.
Şenol Günəş çempionatda iki oyunlarını Bakıda keçirmələrinin onlar üçün hansı üstünlük olacağından danışmağa artıq gərək olmadığını qeyd edib: “Azərbaycan haqqında danışmağa ehtiyac yoxdur. Orada ev sahibiyik. İndi səfərdə olduğumuzu hiss edirik. Azərbaycana gedəndə isə qarşılaşdığımız komandalar özlərini rəqib meydanında hiss edəcəklər. Sabah bu günə qədər xəyal etdiklərimizi həyata keçirməyə çalışacağıq. Gözəl bir açılış olacaq. Əsas hədəfimiz qrupdan çıxmaqdır”.
Qeyd edək ki, sabah Romada keçiriləcək Türkiyə - İtaliya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?