Avro-2020-nin finalında irqçi ifadələr işlədən 4 nəfər həbs edildi

Avro-2020-nin finalında irqçi ifadələr işlədən 4 nəfər həbs edildi
AVRO-2020 15 İyul 2021 / 18:58 1955
-  A +

İngiltərə polisi Avro-2020-nin finalında İtaliya ilə matçda (əsas və əlavə vaxt - 1:1,   penaltilər seriyası - 2:3) millinin penaltini dəqiq yerinə yetirməyən üzvləri Markus Reşford, Bukayo Saka və Ceydon Sançoya qarşı irqçi ifadələr işlədən 4 nəfəri həbs edib.

Qol.az xəbər verir ki, bu barədə "Sky Sports"a Britaniya polisi Konstabl Marks Roberts məlumat verib. İnsanlara qarşı irqçi ifadələr işlədilməsinin yolverilməz olduğu və bu səbəbdən 4 nəfərin  həbs edildiyi bildirilib.

Qeyd edək ki, daha əvvəl Markus Reşforda irqçi təhqir mesajları yazan 50 yaşlı kişinin də məsuliyyətə cəlb olunduğu açıqlanmışdı.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
27.06.26  13:02

Muslera üzr istədi

topaz banner