Azərbaycan hökuməti Bakıda keçiriləcək AVRO-2020-nin 4 oyununun hər birinə azarkeşlərin buraxılması ilə bağlı qərar qəbul edib.
Bununla əlaqədar AFFA-nın bu gün yaydığı açıqlamada qeyd edilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın və AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq Bakıda keçiriləcək 4 oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin COVİD-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərtilə iştirak edə biləcəyi barədə qərar qəbul olunub. Qərar yerli azarkeşlərlə yanaşı, oyunlarda iştirak edən milli komandaların mənsub olduğu ölkələrin vətəndaşlarına da şamil olunacaq (Viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərtilə).
Beləliklə, bu qərar o anlama gəlir ki, 4 oyunun hər birini stadiondan 35 minə yaxın azarkeş canlı izləmək imkanı olacaq (yəni 70 minə qədər tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionunun 50 faizi).
Hökumətin bu qərarını istənilən halda müsbət qiymətləndirmək olar. AFFA bununla əlaqədar uzun müddətdir Operativ Qərargahla aktiv danışıqlar aparıb. Nəticədə mövcud pandemiya şəraitindəki reallıqlara uyğun olaraq, azarkeşləri də məmnun salacaq qərar verilib.
Qeyd edək ki, Azərbaycanda futbol mövsümü ötən ilin martında dayandırılıb. Sonradan Avropa kuboklarının, eləcə də yerli çempionatın görüşləri koronavirus pandemiyasına görə azarkeşlərin iştirakı olmadan keçirilib. Beləliklə, bugünkü qərar o deməkdir ki, yerli azarkeşlərimiz 1 il 3 aylıq fasilədən sonra məhdudlaşdırılmış çərçivədə olsa belə yenidən stadionlara qayıda biləcək.
Bu qərara indi bizim azarkeşlərlə yanaşı ən çox sevinən daha bir tərəf var: Türkiyə. Məlum olduğu kimi, qardaş ölkənin komandası mübarizə aparacağı Avro-2020-nin A qrupunda 2 oyununu Bakıda keçirəcək (iyunun 16-da Uelsə, iyunun 20-də İsveçrəyə qarşı). Türklər 1/4 finala qədər gəlsələr, onların həmin oyunu da ölkəmizdə keçirmək ehtimalı var. Bundan başqa, azarkeşlərimiz qrupun Uels – İsveçrə (12 iyun) oyununa da canlı tamaşa edə biləcəklər.
Mövcud pandemiya şəraitində Bakıya xaricdən, o cümlədən Türkiyədən gözlənilən sayda azarkeşin gələ bilməyəcəyi şübhə doğurmur. Buna baxmayaraq, Türkiyə millisinə Bakıda azərbaycanlı azarkeşlərin möhtəşəm dəstəyinin olacağını birmənalı şəkildə söyləmək mümkündür. Bu dəstəyin isə əvvəlki illərlə müqayisədə daha artıq olacağını söyləsək, yəqin ki, yanılmarıq. Çünki ikinci Qarabağ müharibəsi zamanı həm Türkiyə dövləti, həm də Türkiyə xalqı tərəfindən Azərbaycana dayanmadan siyasi və mənəvi dəstək verildi. Məhz həmin müharibə dönəmində qardaş dövlət və xalqlar arasında onsuz da sıx olan bağlılıq daha da güclənərək heç vaxt zəifləməyəcək bir hala gəldi. Ona görə də Türkiyə millisi Bakıda oyunları öz evindəki kimi keçirmiş olacaq.
Gözlənilən güclü dəstəyin cavabı isə yalnız uğurlu oyun və qələbələr ola bilər.
Qol.az
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı