2014-cü ildə futbol üzrə dünya çempionluğu qazanan Məsud Özilin son illər məşhur simaya çevrilməsi türk dünyasına fəxrdir. Onun mütəmadi olaraq həqiqətlərə yönələn fikirləri bəzi ictimai-siyasi xadimlərin və media nümayəndələrinin haqsız basqısı ilə müşayiət olunur. Məsuddan fərqli olaraq, Nobel mükafatçısı, yazıçı Orxan Pamukun və Bundestaqın üzvü Cem Özdemirin səssiz davranışları onların türk dünyasına yad münasibətlərini xarakterizə edir.
Bu günlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda təcavüzkar Ermənistan ordusuna qarşı gedən uğurlu döyüşlərə toxunan M. Özil türk xarakterini bir daha nümayiş etdirib. Daim haqq sözünü deyən Özilin hadisələrə münasibəti Mustafa Kamal Atatürkün məşhur “Doğma Azərbaycanın ağrısı bizim ağrımız, sevinci də bizim sevincimizdir” sözlərinin davamı olaraq, görkəmli siyasi xadim Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri ilə tamamlanıb.
Qarabağ uğrunda döyüşlərdə məğlub durumda olan Ermənistan ordusunun qədim Gəncə və Bərdə şəhərlərində dinc əhaliyə qarşı atdıqları bombalarla qadın və uşaqlar qətlə yetirilib. Bu hadisələrdən sonra Gəncəyə yaxın Göygöl (Helenendorf), Şəmkir (Anenfeld), Tovuz (Traubenfeld) rayonlarında almanların da tarixən yaşadıqlarını nəzərə alaraq, “Azərbaycanda alman mədəni irsinə Ermənistan təhlükəsi” adlı məqalə qələmə aldım. Məqaləni “Frankfurter Allgemeine Zeitung” qəzetində çap edilmək üçün redaksiya ilə isti münasibətləri olan tanınmış sosioloq, professor Tilman Allertə ünvanladım. O isə mənə “siyasi işlərə qarışmaq istəmirəm” cavabı yazdı. Şuşada anadan olmuş Mikayıl Allahverdinin kiçik oğlunun belə cavabına təəccüblənməyimin səbəbi hələ 2010-cu ildə Bakıya səfər zamanı onun Qarabağ icması ilə görüşdəki davranışında hiss etdiklərim idi. Tilman Allertin ağır şəraitdə yaşayan Şuşa qaçqınlarının halından təsirlənməsi ümidverici idi, amma onun yekun cavabı bu şəxsin öz kökünə laqeyd yanaşması anlamına gəldi. Belədə cənab Allertdən sual olunur ki, Sizə məşhurluq gətirən “Salyut, Hitler” kitabını almanların sosial həyat tərzi ilə əlaqələndirmək dolayısı ilə siyasi gediş deyildimi?
Almaniya Sosial Demokrat Partiyasının keçmiş üzvü, tanınmış siyasi xadim Tilo Sarrasin 2010-cu ildə yazdığı “Almaniya Özünütəcrid” kitabında əhalinin sayının azalması ilə yanaşı, miqrasiya qaydalarının daha da sərtləşdirilməsi məsələsinə toxunmuşdu və bu, demokratik cəmiyyətdə birmənalı qarşılanmamışdı. (Hərcənd, son zamanlar miqrantların kütləvi axını, onların özünəməxsus davranışları yerli sakinləri haqlı olaraq narahat edir.) Çünki hələ 2009-cu ildə “Lettre İnternational” jurnalındakı məqaləsində Sarrasin Almaniyada dünyaya gələn müsəlman qız uşaqlarının hicab geyməsinə ironiya ilə yanaşmışdı və bununla bir siyasətçi kimi cəmiyyətə mesajını vermişdi. Onun fikirlərini dəstəkləyənlər arasında keçmiş Kansler Helmut Şmidt, kulturoloq Peter Sloterdayk, yazıcı-rejissor Ralf Dmordana ilə bərabər, türk əsilli sosioloq Nedgla Kelekin olması demokratik cəmiyyətdə təəccüb doğurmuşdu.
Tilo Sarrasındən fərqli olaraq, Almaniyanın Xristian Demokrat Partiyasının görkəmli nümayəndəsi, xaraktercə tolerant və liberal sayılan professor Manfred Rommelin xalqlar dostluğuna dair fikirləri humanizm nümunəsidir. Manfred Rommelin mənə hədiyyə etdiyi “Holzwege zur Wirklichkeit” kitabında da onun həyat fəlsəfəsi dünyəvidir.
Əslində, Məsud Özilin həqiqətləri də dünyəvidir. Özilin Çində yaşayan uyğurların sıxışdırılmasına və düşərgələrdə zülm edilən azsaylı müsəlmanların müdafiəsinə qalxması mərhəmətlə bağlıdır. Onun dünyaya səs salmış etirazı Çin xalqına da deyil, bu əməlləri törədənlərə qarşıdır. Özilin simasında cəm olan multikulturalizm ideyaları xeyirxahlıq mənbəyidir.
Futbol aləminin görkəmli simalarından olan fransız Arsen Venger və italyan Andrea Pirlo tərəfindən supertalant adlandırılan, Londonun “Arsenal” klubuna loyallığı ilə seçilən Məsud Özili faktiki diskriminasiyaya məruz qoyan ispan məşqçi, yəqin ki, meydanda tək qalmayan ünlü futbolçuya uduzacaqdır.
Özilin 2018-ci il Dünya çempionatı öncəsi Londonda Türkiyə Cumhüriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüş nəticəsində təqiblərə məruz qalması demokratik prinsiplərə zidd hərəkət idi. Təəssüflər olsun ki, dini baxışların təsirində olan ictimai-siyasi fiqurlar və media mənsubları bəzən ədalətli mövqedən yayınırlar.
M.Özilin avqust ayında London mediasına müsahibəsində Jorj Floydun ölümündən sonra “Black Lives Matter” hərəkatının bütün dünyada dəstəklənməsinə önəm verməsi onun insanlığa münasibəti ilə bağlıdır. Məhz bu hadisəni vurğulayaraq, o, irqindən və dinindən asılı olmadan bütün insanlara, eyni zamanda müsəlmanlara da ədalətli yanaşmanı arzulayıb.
Bu müsahibədən iki ay sonra Fransa prezidenti Makron isə Məhəmməd Peyğəmbərin təhqir olunması mənzərəsinə dəstək verib və məşhur simalar ona qarşı etirazlarnı bildiriblər.
Məqalənin ab-havasından da hiss olunur ki, qloballaşan dünyada milli dəyərlərin tədricən kölgədə qalması prosesi gedir. Bu baxımdan cəmiyyəti rənglərə və dinlərə ayıraraq, onların hisslərinə toxunurlar. Müasir dünyada güclü-gücsüz amilinə əsaslanan siyasi dairələr yaşlı demokratiyadan “yaşıl” demokratiyaya doğru addımlayırlar.
XXI əsrin əvvəllərində bəşəriyyətə yaraşmayan virtual “üçüncü dünya çəkişmələrinə” göz yuman Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar sanki beynəlxalq hüquq çətiri altında faydasız, seyredici missiya daşıyırlar. Düşünürəm ki, ümumbəşəri haqsızlıqlardan qurtulmaq üçün insanların inanc və ümidlərini dini məbədlərlə bağlayacaqlar.
Prof. Dr. Çingiz ABDULLAYEV,
pressklub.az
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi