Ağdamlılar demiş, «Qarabağ» macarlara ot yoldurdu, həm də öz stadionlarının otunu. «Qarabağ»ın at ağızlı oğulları ayğır atlar kimi «Ferentsvaroş»u tapdalayıb keçdi.
Artıq UEFA Çempionlar Liqasının təsnifat turunda beşinci oyundur ki, «Qarabağ» dalbadal qələbə qazanır. İnşallah, Bakıdakı oyunda da qələbə qazanarıq və yenidən Avropanın ən möhtəşəm turnirində qrupa düşərik. Və yenə də Bakıda Çempionlar Liqasının himnini dinləyərik.
Mətbuata açıqlama vermişdim ki, biz Macarıstandan qələbə ilə dönəcəyik və mən də bu qələbə münasibətilə kəndimizdə qurban kəsdirib imkansız ailələrə paylatdıracam. Bu gün hazırda kənddə olan qardaşıma telefon açdım, dedim ki, bir qurban kəs payla – «Qarabağ»ın qələbəsinə görə.
Xanımım da «Qarabağ»ın fanatına çevrilib. Bəşir Səfəroğlunun dediyi kimi, naxoşduyub.
Bir dayım vardı, televizorda futbola baxanda, top ötürüləndə gedirdi televizorun qabağında, gah sağ tərəfə çəkilib baxırdı, gah sol tərəfə. Elə bilirdi ki, onda topun hara getdiyini görəcək. İndi xanımım da oyun zamanı tez-tez yerindən qalxıb, televizora yaxınlaşır, gah sağdan, gah da soldan baxır.
Bakıda «Şkendiya» bizim qapıya qol vuranda mən çox dilxor oldum. Xanımım dedi ki, narahat olma, fasilədə Qurban Qurbanov uşaqlara elə bir ruh, motivasiya verəcək ki, qayıdıb üç-dörd qol vuracaqlar.
Elə də oldu.
Macarlarla oynayanda da birinci topu macarlar vurdu, yenə mən pərt oldum. Xanımım yenə dedi:
- Darıxma, fasilədə Qurban Qurbanov yenə uşaqlara elə bir motivasiya verəcək ki, qayıdıb üç-dörd qol vuracaqlar.
Elə də oldu.
Həmişə «Qarabağ» oyuna başlayanda xanımıma deyirəm ki, «Qarabağ»a dua elə, Allah sənin duanı eşidir. O da başlayır dua etməyə.
Qurban xocanı və onun at ağızlı futbolçularını ürəkdən təbrik edirəm.
Və sonda. «Qarabağ» oynayır. Mən də Vaqif Cavadovun rəhmətlik atası Füzuli Cavadovla Şərəf tribunasında yan-yana oturmuşam. Yanımızda futbola baxanlar tez-tez Vaqif Cavadova irad tuturlar: topu düz ötürmədi, topa çata bilmədi, ötürmədə gecikdi və sair.
Oyunun birinci hissəsinin sonunda Füzuli Cavadov bu iradlara dözmədi, qalxdı ayağa və dedi:
- Burda hamı futbol professoruymuş ki?!
Və çıxıb getdi.
İndi Azərbaycanda da «futbol professorları» çoxalıb. Sosial şəbəkələrdə, hətta mətbuatda hamı Qurban Qurbanova məsləhət vermək istəyir.
Məsləhətinizi özünüzə saxlayın. Qurban Qurbanov nəyi necə etməyi çox gözəl bilir.
Aqil Abbas
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi