“Son turda “Sumqayıt”a qarşı keçirdiyimiz oyun çətin alındı. 75-ci dəqiqəyə qədər gərginlik var idi. Üçüncü qoldan sonra rahatlaşdıq. 2:0 bir qədər sürüşkən hesabdır. Ona görə də sona qədər mübarizə apardıq”.
QOL.az saytına müsahibəsində bu sözləri “Turan Tovuz”un qapıçısı Oleq Baklov deyib.
Misli Premyer Liqasının 7-ci turunda “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub etdikləri matçın gedişində penalti qaytaran qolkiper öz çıxışına qiymət vermək istəməyib: “Çox şadam ki, komandamı həmin epizodda xilas etdim. Gələcəkdə də çalışacağam ki, “Turan Tovuz”un uğurlarında pay sahibi olum. Öz çıxışıma qiymət verə bilmərəm. Bu barədə azarkeşlər danışsalar, daha yaxşı olar. Ümumilikdə özümü komandada çox yaxşı hiss edirəm”.
Tacikistan millisinin üzvü komandasının hazırda çempionatın lideri olmasına belə münasibət bildirib: “Geridə cəmi 7 tur qalıb. Ona görə də indidən turnir cədvəlinə baxmağa dəyməz. Qarşıda hələ çox oyun var. İrəli getmək lazımdır”.
O.Baklov növbəti turda “Qarabağ”a qarşı keçiriləcək matça optimal formada çıxacaqlarını vurğulayıb: “Düşünmürəm ki, çempionatda yaranan fasilə ziyanımıza işləsin. Əksinə, fasilə oldu, istirahət etdik və bunun xeyrimizə olacağını fikrindəyəm. Tam gücümüzlə hazırlaşırıq. “Qarabağ”la görüşə optimal formada çıxacağıq. Rəqib barədə əlavə nəsə deməyə ehtiyac yoxdur. Onların gücü hər kəsə məlumdur".
Qeyd edək ki, "Turan Tovuz" - "Qarabağ" oyunu oktyabrın 17-də keçiriləcək.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video