Argentina millisinin hücumçusu Lionel Messi yeni uğuru ilə gündəmə gəlib.
QOL.az xəbər verir ki, 38 yaşlı forvard beynəlxalq oyunlarda ötürmələrin sayına görə yeni dünya rekordu müəyyənləşdirib.
Messi Puerto Riko üzərində 6:0 hesablı yoldaşlıq görüşündə 2 məhsuldar ötürmə verib. Bununla da o, Argentina millisinin heyətindəki qol ötürmələrinin sayını 60-a çatdırıb.
Nəticədə Messi milli komandalarında hərəsi 58 məhsuldar ötürmə edən amerikalı Lendon Donovan və Braziliya millisinin hücumçusu Neymarı geridə qoyub.
Qeyd edək ki, Messi 2005-ci ildən Argentina millisinin formasını geyinir.
"Barselona" peşmandır
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi