"Qarabağ"ın son günüdür. Bu gecə UEFA-ya sifariş ərizəsini göndərməlidilər. Gecə saatlarına qədər yeni transfer rəsmiləşdirə bilməsələr, Çempionlar Liqasının Liqa mərhələsində bu heyətlə oynamalı olacaqlar.
Belə baxanda, hər mövqedə demək olar ki, iki bərabər səviyyəli, təcrübəli futbolçulara malikdilər. Yalnız hücum xətti istisna olmaqla. İrəlidə gənc Nəriman Axundzadə və Musa Qurbanlı var. "Qarabağ" yeni hücumçu gətirə bilməsə, yola onlarla davam edəcək.
Cüzi də olsa, hələ də ümidlər qalıb. Bəlkə günün sonuna qədər gündəmdə olan forvardlardan birinin keçidini həll etmək mümkün oldu.
Amma mətbuatda yayılan xəbərlərə görə, gedişat o qədər də nikbinlik vəd eləmir. "Flamenqo"dan Juninyonun icarəyə götürülməsinə qarşı tərəf isti baxmayıb. Braziliyalılar onu icarəyə verməyə yox, satmağa razıdılar - 4 milyon avroya. Bunu da "Qarabağ" istəmir. Çünki bu futbolçunun hazırkı bazar qiyməti ən yaxşı halda 1-2 milyon avro arasında dəyərləndirilməlidir. Əgər "Qarabağ" onu vaxtında bahaya sata bilibsə, o demək deyil ki, təzədən bahaya almalıdır. Sadəcə "Flamenqo" "əlim-yanındıda" hücumçu axtaran "Qarabağ"ın düşdüyü durumdan yararlanmağa çalışır. Bundan sonra çətin ki, Juninyonu kimsə 4 milyon avroya almaq istəyə.
"Loryan"dan Sambo Sumanonun transferi daha real görünür(dü). "Qarabağ" bonusları da nəzərə almaqla, bu hücumçu üçün 3 milyon avro təklif edir. Başqa vaxt olsaydı, bu transferi gerçəkləşdirmək daha rahat alınardı.
Amma "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsində iştirak etməsi, UEFA-dan böyük gəlirlərə sahib olması, mümkün transferləri çətinləşdirir. Hamı "Qarabağ"a "qiymət oxuyur".
"Qarabağ" bu yerlərə həm də ağıllı transfer siyasəti hesabına gəlib çatıb. Ona görə də, tələskənliyə yol verib pulu "daş-baş" eləmək istəmirlər. Bəlkə qışda bundan da yaxşı, daha real qiymətə futbolçular gətirib gələn mövsüm yenə Çempionlar Liqasında əsas mərhələyə düşmək daha doğru gediş olar. Gözləyək, baxaq.
Həmid,
Sportal.az
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons
“Çempionatda ciddi güc fərqi yoxdur” - Filipe Kandido