Ağdamın «Qarabağ» klubu Avropa Çempionlar Liqasının ikinci turunda Danimarkanın «Kopenhagen» komandasını qəbul edirdi. Oyundan qabaq Qarabağ atlarının meydanda müqəddəs bayrağımızla dövrə vurması və azarkeşlərin oyunun sonunadək «Qarabağ» deyib hayqırması futbolçularımızın gücünə güc qatırdı. Və nəticədə «Qarabağ» Avropa nəhənglərindən sayılan «Kopenhagen»ə dərs keçdi.
Hesabdan hamının xəbəri var. Qurban Qurbanov bu oyunda «Benfika» ilə keçən matçdakı kimi öz təmkini ilə, soyuqqanlılığıyla qalib gəldi. Bu adam nə qədər səbrlidir? Bu səbr də özünə inamdan doğur.
Mən belə səbrli, təmkinli və soyuqqanlı məşqçi bircə Lobanovskini görmüşəm. Amma o da oyun boyu nehrə kimi yırğalanırdı.
«Qarabağ» ayğırlarının kişnərtisi Avropanı bir daha silkələdi. Özü də elə bir gündə ki, həmin gün Möhtərəm Prezidentimiz İlham Əliyev Danimarkaya işgüzar səfərə getmişdi. «Qarabağ»ın bu qələbəsi Möhtərəm Prezidentin bu səfərinə bir hədiyyə idi.
Və Möhtərəm Prezident də «Qarabağ»ı bu qələbə münasibətilə təbrik etdi. Bu təbrik «Qarabağ»a motivasiya, ruh verəcək, gücünə güc qatacaq və inşallah, növbəti oyunlarda da qələbə çalmağa səsləyəcək.
Qurban xocanı və onun ayğır atlarını ürəkdən təbrik edirəm.
Tanrı qorusun!
Və sonda. Bir ağdamlı fanatın - Rüstəm Hacıyevin sosial şəbəkədə paylaşdığı bir statusunu mən də oxucularımla bölüşmək istədim: «Maşallah olsun.
Belə getsə «Qarabağ» Çempionlar Liqasında da özünü «Misli» premyer liqasındakı kimi hiss etməyə başlayacaq. Yəni yalnız çempionluğa oynayacaq…
Niyə də olmasın? İnşallah, o günü də görərik!»
Aqil Abbas
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi