UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Qarabağ" Bilbaoda "Atletik"lə qarşılaşacaq. Oyun oktyabrın 22-si, Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.
QOL.az saytının xəbərinə görə, milli komandaların oyunları ilə əlaqədar hər iki komanda tam heyətlə məşq etməyib. Lakin bu gündən etibarən hazırlıqlar əvvəlki qaydada davam edəcək. "Qarabağ"ın Azərbaycan millisinə dəvət olunmuş 7 futbolçusu - Şahruddin Məhəmmədəliyev, Abbas Hüseynov, Toral Bayramov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Musa Qurbanlı və Nəriman Axundzadə Fransa və Ukraynaya qarşı matçlara dəvət edilmişdilər. Baş məşqçi Qurban Qurbanovu sevindirən faktdır ki, futbolçuları millidən zədəsiz qayıdıblar.
Komandanın düşərgəsindən gələn müsbət xəbərlərdən biri "Qarabağ"ın liderlərindən olan, "Benfika" ilə matçda zədələnmiş Marko Yankoviçlə bağlıdır. Klubdan QOL.az-a verilən xəbərə görə, monteneqrolu 30 yaşlı yarımmüdafiəçi artıq ümumi məşqlərə qoşulub. Onun "Atletik"lə görüşdə meydana çıxacağı bu gün üçün tam qətiləşməsə də, həmin matçda meydana çıxmaq ehtimalı az deyil.
Qeyd edək ki, Ağdam təmsilçisi "Atletik"lə oyun öncəsi Misli Premyer Liqasında "Turan Tovuz"la qarşılaşacaq. Bu oyun ispanlarla matçdan 5 gün əvvəl - oktyabrın 17-də keçiriləcək. Tovuz stadionunun meydançasındakı təmirlə əlaqədar "Qarabağ" bu tur əslində səfərdə qarşılaşmalı olduğu "Turan"la elə öz meydanında - "Azərsun Arena"da üz-üzə gələcək ("Turan Tovuz" müvəqqəti olaraq rəqiblərini məhz "Azərsun Arena"da qəbul edir).

Beləliklə, ÇL-dəki vacib oyun öncəsi "Qarabağ" yerli liqada həm uzun yolçuluqdan azad olacaq, həm də Bilbao təmsilçisindən fərqli olaraq hazırlıq üçün 5 günlük əlavə vaxt qazanacaq.
"Qarabağ" "San-Memes"ə ("Atletik"in stadionu red.) daha tərəvətli gələcək" - deyə bu faktı nəzərə alan İspaniyanın nüfuzlu "Marca" qəzeti yazır.
Bəs, "Atletik"in durumu necədir?
Unai Simon, Daniel Vivian, Emerik Laport İspaniya millisindən öz klublarının düşərgəsinə qayıdıblar və bugünkü hazırlığa qoşulacaqlar. İspaniya mətbuatının yazdığından həm bu qanaətə gəlmək olar ki, "Qarabağ"ın Çempionlar Liqasında 2 ardıcıl qələbəsindən sonra artıq Ağdam təmsilçisi daha çox ciddiyə alınmağa başlayıb.

Niko Uilyams
"Marca" qəzetinin yazdığına görə, İspaniya millisinin üzvü olan Niko Uilyamsın hələ də zədəsini sağaltmaması "Atletik"in baş məşqçisi Ernesto Valverdeni qayğınlandıran məsələlərdəndir. Digər zədələnmiş oyunçu - ayaq barmaqlarında problemi olan Aleks Berenqer, Vesqa mətbuat üçün açıq olan ümumi məşqdə iştirak etməyib. Berenqer və Niko Uilyams bazar ertəsi yalnız fərdi qaydada hazırlıq keçib.
Daha əvvəl zədəsi olan Niko Uilyamsın böyük qardaşı İnyaki Uilyams, Oyan Sanset isə artıq ümumi məşqlərdə iştirak etməyə başlayıb.
"Baş məşqçi Valverde hər iki futbolçunun bazar günü “Elçe”yə qarşı oyuna hazırlığını qiymətləndirəcək. La Liqadakı həmin oyuna qədər “şirlər”in hələ üç məşqi var. Hər halda, onların artıq meydana çıxması və komanda ilə məşq etməsi o deməkdir ki, çərşənbə günü “Qarabağ”a qarşı Çempionlar Liqası oyununda heyətdə olacaqlar" - deyə "Marca" yazır.
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır