AFFA Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov AFFA-nın qurumla bağlı yaydığı bəyanata münasibət bildirib.
O, Qol.az-a açıqlamasında Həmkarar İttifaqını yaratmaqla heç bir qanuna zidd addım atmadıqlarını bildirib:
“Azərbaycan futbolunda çalışan insanlar olaraq biz dünən bir araya gəlib, bu təşkilatı təsis etdik. Bu gün isə AFFA-nın verdiyi bəyanatdan belə çıxır ki, Yurçeviç, Obradoviç kimilərinin həmkarlar ittifaqı yaratmağını dəstəkləyirlər. Ulu öndər Heydər Əliyevin imzaladığı Həmkarlar İttifaqı haqqında qanunun 5-ci maddəsində deyilir: “Həmkarlar İttifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Dövlət orqanlarının və vəzifəli şəxslərin Həmkarlar İttifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneəçilik törədən hər cür müdaxiləsi qadağandır”. Mən digər sahələrdə işləməmişəm ki. Mən Səhiyyə Nazirliyində və ya digər bir yerdə fəaliyyət göstərməmişəm. Ömrümün bütün illərini Azərbaycan futboluna həsr etmişəm. İki il Azərbaycanın U-19 millisində məşqçi kimi işləmişəm. Heç vaxt futboldan kənarda qalmamışam”.
Nazim Süleymanov AFFA-nın baş katibi Elxan Məmmədovun belə bir təşkilatın yaradılmasına razılıq verdiyini də xatırladıb: "Elxan Məmmədovla görüşə tək getməmişdim. Təşkilatın 12 üzvü ilə birlikdə onun qəbulunda olduq. Bizə bildirdi ki, AFFA-da belə bir təşkilat yoxdur və bizim yaratmağımız çox yaxşı olar. Dedi ki, lazım olan sənədləri gətirin, mən sizə dəstək verəcəm. Biz isə sənədləri AFFA-ya yox, aidiyyatı quruma verməli idik. Ancaq bildiyiniz kimi, Həmkarlar İttifaqı hansısa qurumun nəzdində olmalıdır. Bizə bunu bildirəndə AFFA-nı qeyd etdik. Biz indiyədək futbolla məşğul olmuşuq. Necə yəni AFFA-ya aidiyyatımız yoxdur?"
Xatırladaq ki, AFFA dünən təsis edilən AFFA Azad Həmkarlar İttifaqı ilə bağlı bugünkü bəyanatında qurumun federasiyanın adından istifadə etməsinin qanuna zidd olduğunu bildirib. Eyni zamanda adıçəkilən təşkiatın AFFA-ya heç bir aidiyyatı olmadığı qeyd olunub.
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq