Şimali İrlandiya mətbuatı və “Linfild” komandası bu həftə Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunu maraqla gözləyir. Çünki bu ölkənin nüfuzlu “Belfast Telegraph” nəşrinin də yazdığı kimi, “Qarabağ”ı keçməklə “Linfild” Avroliqanın qrupuna düşən ilk ölkə klubu olacaq.
Onlar bildirirlər ki, bu, təkcə nəticə baxımdan deyil, həm də maddi olaraq klubun büdcəsinə müsbət təsir edəcək. “Linfild” artıq 1,2 milyon funt gəlir əldə edib. Qrupa düşəcəyi halda isə bu rəqəm 4 milyona çatacaq.
Ümumiyyətlə, hazırda mətbuatda yazılanları oxuyandan bu nəticəyə gəlmək olar ki, hər nə qədər favorit “Qarabağ” sayılsa da, qarşı tərəf matça ciddi hazırlaşır və mərhələni keçmək əzmindədir. “Belfast Telegraph” daha sonra qeyd edir: “Avroliqada qrup oyunları həftənin dördüncü günü, yerli liqada oyunlar isə adətən şənbə günləri keçirilir. Ona görə də “Linfild”in rəhbərliyi düşünür ki, qrupa düşsələr, onlara daxili çempionat matçına hazırlaşmaq üçün əlavə daha bir gün lazım olacaq”.
“Linfild”in qrupa düşüb-düşməyəcəyini, təbii ki, qarşıdakı iki matçın nəticəsi həll edəcək. Lakin indidən klub yerli federasiyadan narazlıq edir ki, ötən şənbə günü “Kolreyn”lə ev matçı təxirə salınmalı idi. Həmin görüşdə “Qarabağ”ın rəqibi 2:4 hesabı ilə uduzub. Hazırda komanda 2 oyundan 3 xalla 8-ci pillədə qərarlaşıb.
“Linfild”in rəhbəri Roy MakQivern bildirir: “Qrup mərhələsinə düşmək komandamız üçün böyük uğur olar. Bizim əlavə oyunlarımız olacaq. Ona görə də bəzi məqamlar nəzərə alınmalıdır. Qrupa düşməyimiz klubun imicini artıracaq. Əlbəttə, maliyyə baxımdan da qazanc əldə edəcəyimizi unutmamalıyıq”.
“Kolreyn”in baş məşqçisi Oran Kirni də “BBC”yə deyib ki, matç təxirə salınmalı idi: “Mən oyundan sonra Devidə də (“Linfild”in baş məşqçisi Devid Xili – red.) söylədim ki, matçın hansı nəticə ilə yekunlaşmasından asılı olmayaraq, bu görüş başqa günə keçirilməli idi”.
“Linfild”in 40 yaşlı baş məşqçisi Devid Xili də deyilənlərlə razılaşır: “Biz başa düşürük ki, yerli liqada oyun keçirməliyik. Amma dördüncü günü, yəqin ki, Şimali İrlandiya futbolu tarixində ən böyük matç olacaq (“Qarabağ”la oyun nəzərdə tutulur”).
Qeyd edək ki, düz 53 dəfə Şimali İrlandiya çempionu olmasına baxmayaraq, “Linfild” digər ölkə klubları kimi, Avropa kuboklarında ciddi uğurlara nail ola bilməyib. Komandanın ən yüksək nəticəsi kimi, yalnız 1966/67 mövsümünü qeyd etmək olar. O vaxtkı qaydalara görə, “Linfild” cəmi iki mərhələdə uğur qazandıqdan sonra Avropa Çempionlar kubokunda 1/4 finala qədər yüksəlib və orada SSKA Sofiyaya uduzub (2:2, 0:1). Bundan sonra UEFA-nın digər bütün yarışlarında isə “Linfild” ən yaxşı halda təsnifat mərhələsində ikinci mərhələyə kimi gəlib. Bu mənada, komandanın indi Avropa Liqasında pley-offa yüksəlməsi belə, klub tarixinin ən böyük uğuru sayılmalıdır. “Linfild” qrupa düşəcəyi halda isə bu, elə klubun təmsilçilərinin söylədiyi kimi, Şimali İrlandiya futbolunda ən böyük qələbə olacaq.
Və sonda...
“Linfild” ev oyunlarını paytaxt Belfast yaxınlığındakı “Uindzor Park” stadionunda keçirir. Arenanın 24 min tamaşaçı tutumu var. Bu mövsüm Avropa kuboklarında azarkeşləri qarşısında onlar ilk olaraq Çempionlar Liqasının birinci mərhələsində Norveç “Rusenborq” ilə qarşılaşıblar (evdə 0:2, səfərdə 0:4). Daha sonra komanda Avroliqanın ikinci mərhələsinə düşüb. Burada isə “Linfild” əvvəlcə Farer adalarının “Torshavn” (1:0, 2:2), üçüncü mərhələdə isə Çernoqoriyanın “Sutyeska” (3:2, 2:1) klublarını məğlub edərək mübarizədən kənarlaşdırıb.
Avqustun 22-də isə “Linfild” azarkeşləri qarşısında daha böyük qarşılaşmaya – “Qarabağ”la Avroliqanın pley-off görüşünə çıxacaq...
Qol.az
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident
Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu
Ronaldo eyvana çıxıb azarkeşləri coşdurdu - Video
"Şəfa" Premyer Liqa üçün hazırlığa start verdi - Şəkillər
Alleqrinin yeni klubu rəsmiləşdi
Britaniya futbolu tarixinin ən bahalısı oldu
Futbolçu raket atəşi nəticəsində həyatını itirdi
Ronaldodan daha bir ilk
Mundialla vidalaşdı, milli karyerasını başa vurdu
Naqelsmann Almaniya millisindən ayrıldı
Ronaldo Modriçə nə deyib?
DÇ-2026-da 1/8 finalın müəyyənləşən cütlükləri
İspaniya millisi növbəti mərhələyə belə adladı - Video
Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi
İspaniya 1/8 finalda - Yenilənib
"Neftçi" "ÇFR Kluj"a belə uduzdu - Video
"Rəqib güclü və keyfiyyətli komanda idi" - Yuri Vernidub
Premyer Liqa klubu baş məşqçisini göndərdi
DÇ-2026-da "86-cı dəqiqə" kabusu
"Neftçi" Rumıniya klubuna uduzdu
İspaniya - Avstriya: Heyətlər
"İmişli" yeni baş məşqçisini açıqladı
"Sabah" uduzdu, sabiq "Qarabağ"lı qol vurdu