"Çempionlar Liqasının adını dəyişib CR7 qoymaq lazımdır" - Ronaldo

"Çempionlar Liqasının adını dəyişib CR7 qoymaq lazımdır" - Ronaldo
DÜNYA FUTBOLU 27 May 2018 / 12:48 8051
-  A +

“Real”ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının finalında “Liverpul”un qapısına yol tapa bilməsə də, 15 qolla turnirin ən sərrast hücumçusu olub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı təəssüratlarını bölüşən portuqaliyalı ulduz maraqlı fikirlər səsləndirib:

“Yenə kim bombardir oldu? Çempionlar Liqasının adını dəyişib CR7 (Kriştiano Ronaldo 7)qoymaq lazımdır. 5 dəfə bu turniri qazanmışam və yenidən ən yaxşı hücumçu olmuşam. Ona görə də üzgün ola bilmərəm”.

Ronaldo “Real”dakı gələcəyindən də danışıb: “Madriddə qalacammı? Dəqiq bir söz deyə bilmərəm. Məsələ pulla bağlı deyil”.

Qeyd edək ki, ÇL-in finalında “Liverpul”u 3:1 hesabı ilə məğlub edən “Real” ardıcıl 3-cü dəfə turnirin qalibi olub.

Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib