“Liverpul”un baş məşqçisi Yurgen Klopp Məhəmməd Salahla “Real”ın hücumçusu Kriştianu Ronaldonun müqayisə edilməsinə münasibət bildirib.
Qol.az-ın “goal.com”a istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis misirli futbolçunun Ronaldonun səviyyəsinə çatmaq üçün çox çalışmalı olduğunu söyləyib:
“Salah fantastik mövsüm keçirdi, Ronaldo isə bunu artıq 15 dəfə edib. O, az qala 47 min qol vurub. Bu, ağılasığmaz statistikadır”.
Kloppun fikrincə, bu iki futbolçunu müqayisə etmək düzgün deyil: “Nəyə görə biz müqayisə aparmalıyıq ki? Pelenin vaxtında heç kim hansısa futbolçunu onunla müqayis etmirdi. İndi isə bizim bir neçə ildir futbolda dominantlıq edən Messi və Ronaldomuz var. Onlar həlledici məqamlarda qol vurmaq üçün hansı mövqedə dayanmalı olduqlarını yaxşı bilirlər. Bu isə müasir futbolda ən çətin şeydir. Ona görə də “Qızıl top”u hər il, layiqincə, ikisindən biri qazanır. Sözsüz ki, karyeralarını bitirdikdən sonra yerləri görünəcək.
Salah və Ronaldo haqda hekayələrə baş qoşmaq lazım deyil. Burada əsas məsələ kiminsə fərdi qaydada güclü olması deyil. Bir qayda olaraq, vacib olan daha yaşı futbol oynamaqdır ki, bunun üçün sənə digər futbolçular da lazımdır”.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov