“Bilirdik ki, çətin oyun olacaq. “Vilyareal” çətin rəqibdi. İrəliyə atıldıq, ancaq istədiyimizi edə bilmədik. Sadəcə, bəxtimiz gətirmədi”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Atletiko”nun yarımmüdafiəçisi Anxel Korrea İspaniya La Liqasının X turunda “Vilyareal”la ev oyunundakı heç-heçəni (1:1) şərh edərkən deyib.
Klubun rəsmi saytına danışan argentinalı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la keçirəcəkləri görüşə də toxunub:
“Çalışmağa davam etməliyik. Çünki çərşənbə axşamı evdə daha bir finala bərabər oyunumuz var. Qol epizodları zamanı sakit olmalıyıq. Qələbə qazanacağımıza ümid edirəm”.
Qeyd edək ki, “Atletiko” – “Qarabağ” oyunu sabah, Bakı vaxtı ilə 23:45-də “Metropolitano” stadionunda keçiriləcək. Bakıdakı görüşdə komandalar meydandan qolsuz bərabərliklə ayrılmışdılar.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər