"Futbolçularımızın üzərində təzyiq var" - Şahin Diniyev

"Futbolçularımızın üzərində təzyiq var" -  Şahin Diniyev
GÜNDƏM 28 Oktyabr 2017 / 17:34 2617
-  A +

“Çox gərgin oyun oldu. Bu görüşdə xal itirsəydik, bizim üçün çox çətin olardı".

Qol.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 10-cu turunda bu gün “Keşlə”yə qalib gəldikləri oyundan (2:0) sonra deyib.

O, mövsümdə qazandıqları ikinci qələbəni belə şərh edib:“Futbolçular gözəl oyundan çox, nəticə üçün oynadılar. Məncə, “Keşlə”nin oyununu yaxşı tutmuşduq, ona görə yaxşı oynadıq. Futbolçularımızın üzərində təzyiq var. Şükürlər olsun ki, bu gün bu təzyiqi geridə qoyduq. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik”.

Şahin Diniyev oyun zamanı zədələnən Kərim Diniyev və Viktor Oseqeylin durumuna da aydınlıq gətirib:
"Kərim yarımmüdfiə xəttində əvəzedilməz oyunçudu. Onun durumu ciddi görsənir, amma Viktorun vəziyyəti yaxşıdır”.

Daha çox


Son xəbərlər