“Prosineçkinin fəaliyyətini normal qiymətləndirirəm. Milli onun başçılığı altında 10 xal yığıb. Düzdür, çoxları deyir ki, xalların 6-nı San Marino ilə oyunda qazanıb. Amma o San Marinonu da udmaq lazımdır”.
Bu sözləri Qol.az-a açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov AFFA-nın bu gün millinin baş məşqçisi Robert Prosineçki ilə yolları ayırmasına münasibət bildirərkən deyib.
O, müqavilənin müddətinin uzadılmamasını xorvatiyalı mütəxəssisin günahı hesab edib: “Bu, rəhbərliyin biləcəyi məsələdir. Hər şey yayda Türkiyə mətbuatının Prosineçkinin “Bursaspor”la razılığa gəlməsi haqda yazdıqlarından sonra başladı. Mən həmişə düzgünlüyün tərəfdarı olmuşam. Əgər müqavilən varsa, seçmə mərhələ bitməyibsə, başqa klubla görüşməməlisən. Səhv eləmirəmsə, iyun ayı idi. Prosineçki demişdi ki, Türkiyədən məni istəyirlər. Bu söhbət nəyə lazım idi? Peşəkar məşqçi heç vaxt belə etməz. Azərbaycanda hər zaman əcnəbi mütəxəssislərə yaxşı şərait yaradılıb. Bunun müqabilində, gərək, təmiz vicdanla işləsinlər”.
Mircavadovun fikrincə, milli komandanın baş məşqçisi yerli mütəxəssis olmalıdır: “Mən bunu 1993-cü ildən demişəm. Milli komandanı yerli mütəxəssis çalışdırmalıdır”.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu